Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

Bilalın Allah yanında uca məqamı

Bilal azanı mənə görə deyir, başqalarına görə yox
“Camiun-nurəyn” kitabında yazılıb: 

Cəbrail (ə) Allah tərəfindən azan əmrini gətirdikdən sonra Rəsuli-Əkrəm (s) Bilala azanı təlim verdi və o, Peyğəmbərin (s) ilk azan verəni oldu. Hətta, Məkkə fəth olduqdan sonra Peyğəmbərin (ə) göstərişi ilə Kəbə evinin üstünə çıxıb ilk azan deyən Bilal olmuşdur.
Bilal “ş” hərfini düzgün deyə bilmir və onun yerinə “s” deyirdi. Ona görə azanda da “Əşhədu ənla ilahə illəllah” əvəzinə “Əshədu ənla ilahə illəllah” deyirdi. Münafiqlər onun azan deməsinə gülür və hərəsi bir söz deyirdi. Biri deyirdi: Adam yoxdurmu, bu qara qarğanı Kəbə evinin üstünə çıxarıblar, o da hərfi düz deyə bilmir, “ş” hərfinin əvəzinə “s” deyir. Digəri deyirdi: “Xoş at