Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2016

"Nəhc əl-bəlağə"də hökumət

Quranda, eləcə də hədislərdə - xüsusilə "Nəhc əl-bəlağə"də - hakimin iki siması təsvir olunmuşdur. Biri müsbət, digəri isə mənfi
Hökumətin mənası
Öncə öyrənmək lazımdır ki, İmam Əliyə (ə) görə hökumət antik və müasir dünyamızın leksik fonduna daxil olduğu kimimi başa düşülür? Yəni hökumət, hakimiyyət, hökmranlıq, hökm yürütmək, yaxud hakim və ya hakimlərin həyatda xüsusi imtiyaz sahibi olmalarıdırmı? Yoxsa "Nəhc əl-bəlağə" maarifində hökumətin tamam başqa mənası var? Bu, "Nəhc əl-bəlağə"də məlum bir neçə sözdən, termindən başa düşülür. "İmam", "vəli", "vəliyyi-əmr" sözlərinin hakim, dövlət başçısı haqqında, "rəiyyət" sözünün isə xalq barəsində işlənməsi buna sübutdur.
Quranda, eləcə də hədislərdə - xüsusilə "Nəhc əl-bəlağə"də - hakimin iki siması təsvir olunmuşdur. Biri müsbət, digəri isə mənfi. Müsbət sima bələdçi imam, haqqa doğru istiqamətləndirən imam kimi göstərilir. İkinci sima alov və azğınlıq öndəri kimi dəyərləndirilir. Bələdçi imam peyğəmbərlər, övliyalar, haqq İslam hökmdarları, Allaha bəndə olan, ilahi meyarlara görə rəhbərliyə layiq olanlardır. Batil öndərlər, alov bələdçiləri isə tağutlardır.

Hökumətin zərurəti
"Nəhc əl-bəlağə"də hökumətin zərurəti məsələsindən zorakılığa meyllilik qarşılığında söhbət açılmışdır. Bu növ meyllər cəmiyyətdə daim olmuşdur. Bu gün də var. Gələcəkdə də insan əxlaqı kamil olmayınca, düzgün olmayınca bu növ meyillər mövcud olacaqdır.

Hökumətin mənşəyi
"Nəhc əl-bəlağə"yə görə hökumətin mənşəyi nədir? Bu mənşə təbii güc və iqtidardır (təbii güc və ya qazanılmış güc)? Hakimiyyətin mənşəyi, bir insanın və ya kollektivin hakimiyyətinə legitimlik bəxş edən amil ilahi iradədir, yoxsa xalqın iradəsi?
Müasir dünyada demokratiya, yəni xalqın əksəriyyətinin iradəsi, istəyi hakimiyyətin mənşəyi, meyarı hesab olunur.
Amma hamı bilir ki, xalqın iradəsini zorluların, iqtidar sevdasında olanların istədiyi səmtə yönəltmək üçün hansı namərd vasitələrə əl atılır. Bir cümlədə demək olar ki, geniş yayılmış bəşəri mədəniyyətlərdə başlanğıcdan bugünədək, bu gündən "Nəhc əl-bəlağə" maarifinin insanların həyatına hakim olacağı anadək hakimiyyətin mənşəyi iqtidar, güc olmuş və olacaqdır.
Əmirəlmöminin (ə) "Nəhc əl-bəlağə"də hakimiyyətin mənşəyini bu anlayışlar hesab etmir. Daha mühümü isə budur ki, onun özü də əməldə bunu sübut etmişdir. İmam Əliyə (ə) görə hakimiyyətin əsl mənşəyi bir sıra mənəvi dəyərlərdir. Xalqa hökmranlıq etmək, xalqın idarəçiliyini üzərinə almaq səlahiyyəti yalnız müəyyən özəllikləri olan insanlara məxsusdur.

Ayətullah Seyid Əli Xamenei


895 بازدید
در حال ارسال اطلاعات...