Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2016

Möminlər namazlarını qoruyurlar

Namazda saf niyyətin, qəlb hüzurunun olması da çox önəmlidir
Allah Qurani-kərimdə buyurur:
“Və onlar (möminlər) ki, namazlarını qoruyurlar”. (“Məaric”, 34.)

Namaz iki halda qoruna bilər:

Namaz qılan şəxs namazın hökmlərinin düzgün icrasına, surə və zikrləri doğru qiraət etməsinə diqqət yetirməlidir.

Namazda qorunması lazım olan şərtlərə və onların mənəvi yönlərinə diqqət edək:

Namaz qılan şəxsin bədəni və paltarı nəcisdən pak olmalıdır. Bu, həm də insanın günah və rəzil əxlaqi keyfiyyətlərdən pak olmasına işarədir.
Bəlkə də, dəstəmaz almaqdan məqsəd maddi aləmdən əlini üzüb, mənəviyyata yaxınlaşmaq, qüsl isə şəhvət dəryasından paklıq sahilinə çıxmaqdır.
Namaz halında üzü qibləyə - Kəbə evinə tərəf dayandığımız kimi, bütün vücudumuzu, qəlbimizi də o evin sahibinə - Allaha yönəltməliyik.
Namaz vaxtlarına diqqət yetirmək insanı ömür sərmayəsinin qədrini bilməyə, bu xəzinədən lazım olan bir gün üçün səmərli istifadə etməyə sövq edir.
Namaz qılınan yerin mübah olmasının lazımlığı, insanın maddi aləmin fövqündə dayanmasının rəmzidir. Buna görə də namaz “Merac”a bənzədilmişdir.
Yuxarıda qeyd edilən şərtlərdən başqa Namazda saf niyyətin, qəlb hüzurunun olması da çox önəmlidir.


1747 بازدید