Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2016

Ayətullah Behcətin şəxsiyyətində müxtəlif cəhətlər

Allah-Taala ona xass xüsusiyyət və zati istedad əta etmişdir
Ayətullah Misbah Yəzdinin xatirələrindən

Yuxarıda qeyd etdiyimiz kimi Behcət elmi və mənəvi cəhətdən üstün olan böyük ustadlardan dərs almışdır. Bütün bunların onun hərtərəfli formalaşmasında əvəzsiz təsiri olmuşdur. Mənəviyyata daha çox ehtiyac duyulan bir zamanda Behcət kimi şəxsiyyətlər Allahın insanlara bəxş etdiyi böyük nemətlərdən sayılıb. Onun bərəkətli ömrünün hər anından səmərəli istifadə edərək, belə gözəl nemətlərə görə Allaha həmd etməliyik.
Allah-Taala ona xass xüsusiyyət və zati istedad əta etmişdir. O fövqəladə iti zehnə malik bir insan olub. İstər fərdi və ictimai, istərsə də siyasi məsələlərə özünəməxsus uzaqgörənliklə yanaşırdı. Elmi-ibadi işlərə qərq olan bir şəxsin belə dəqiq məsələlərə olan diqqəti və onu gözəl dərk etməsi, çoxlarına təəccüblü gəlirdi. Behcəti ibadət və ya tədris halında görən hər bir şəxs, onun siyasi-ictimai məsələlərə çox əhəmiyyət vermədiyini fikirləşərdi. Onu da qeyd edək ki, məni (Misbah Yəzdi) ictimai-siyasi məsələlərə əhəmiyyət verməyə təşviq edən şəxs Ayətullah Behcət olmuşdur. Tədris etdiyi vaxtlarda öz tələbələrinə bu haqda sifariş edib deyərdi: Elmi-mənəvi məsələlərə etiqadı olan hər bir şəxs siyasi-ictimai məsələlərə də ciddi yanaşmalıdır. Əks təqdirdə bir gün gələr cəmiyyətin siyasət işləri səriştəsiz insanların əlinə düşə bilər və islam cəmiyyətini azğınlığa sürükləyər. Hətta İmam Xomeyniyə də siyasi məsələlər barədə xüsusi sifarişlər edərdi. Bir dəfə də İmam Xomeyniyə göndərəcəyi belə sifarişlərdən birini çatdırmağı dostlardan biri ilə mənə tapşırmışdı.


990 بازدید
در حال ارسال اطلاعات...