Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2016

BÖYÜK GÜNAHLAR

İnsan bir işin günah olduğunu anlayan kimi dərhal tövbə etməlidir.
Bir günah o zaman böyük (kəbirə) sayılır ki, həmin günah müqabilində Quranda od vəd edilsin və ya uyğun günahın böyük hesab edilməsi üçün yetərli dəlil olsun. “Yeni risalədə” təqdim olunmuş ardıcıllıqla böyük günahları nəzərinizə çatdırırıq:

Allahın rəhmətindən ümidsizlik; özünü Allahın cəzasından amanda bilmək; Allah, peyğəmbər və imamın adından yalan danışmaq; insanı haqsız yerə öldürmək; ata-anaya itaətsizlik; yetimin malını zorla yemək; sehr və cadu; zina; həmcinsbazlıq; oğurluq; yalandan and içmək; şahidliyi gizlətmək; yalançı şahidlik; əhdi pozmaq; vəsiyyətə əməl etməmək; spirtli içkilərin qəbulu; sələmçilik; haram yemək; qumar; murdar ət yemək; qan yemək; donuz əti yemək; şəri qaydada kəsilməmiş heyvanın ətini yemək; ölçüdə və çəkidə aldatma; müsəlman ölkəsinə hicrətdən sonra küfr ölkəsinə qayıdış; zalıma gömək; zalıma etimad; üzürsüz səbəbdən haqqı ödəməmək; yalan; təkəbbür; israf; tələfçilik; xəyanət; qeybət; söz gəzdirmək; faydasız oyunlarla məşğulluq; həcci kiçik iş bilmək; namazın tərki; zəkat ödəməmək; kiçik günahı davam etdirmək və s.

Allah-Taala böyük günahlardan uzaqlaşacağı təqdirdə insana kiçik günahlarını bağışlayacağını vəd etsə də, kiçik günahları davam etdirmək özü böyük hesab olunur. İnsan bir işin günah olduğunu anlayan kimi dərhal tövbə etməlidir.


759 بازدید
در حال ارسال اطلاعات...