Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2016

Bu gün həzrət Əlinin (ə) mövlud günüdür

Ey Kəbə evində göz açan insan, Gövhərsən, cisminin sədəfi Məkkə
Nəzər əhli üzü bu gün Kəbəyə,
Pərdədən süzülür Allahın nuru.
Qiblədən sıyrılır qiblənümamız,
Arzular çin olur, könüllər duru .


Tarixçilərin yazdıqlarına görə həzrət Əli (ə) otuzuncu Fil ilində, rəcəb ayının on üçü, cümə günü Kəbənin daxilində görünməmiş bir şəkildə dünyaya göz açmışdır. Təhqiqatçı alim höccətül-İslam Nəyyir deyir:

Ey Kəbə evində göz açan insan,
Gövhərsən, cisminin sədəfi Məkkə.
Kəbədə mövludun heyrət doğurdu,
Haqqın evi saldı üstünə kölgə.


Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (ə) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır. Əbu-Talibin həzrət Əlidən (ə) başqa daha üç oğlu olmuşdur: Talib, Əqil və Cəfər.
Amma həzrət Əlinin mövludu, dünyaya gəlişi o biri qardaşlarının dünyaya gəlişindən fərqli olmuşdur. Bu doğuş maraqlı və mənəvi dəyişikliklərlə müşayiət olunmuşdur. Həzrətin anası allahpərəst olmuş və İbrahimin Hənif dinində həyat sürmüşdür. Bu qadın daim Allah dərgahına münacat etmiş və qarşıdakı doğuşun asan keçməsi üçün Allaha yalvarmışdır. Fatimə bu uşağa hamilə olduğu vaxt özünü ilahi nura qərq olmuş vəziyyətdə hiss etmiş, sanki bu körpənin başqa övladlardan fərqləndiyi barədə fələklərdən ilham almışdır.
Şeyx Səduq və Qəttal Nişapuri nəql etmişlər ki, Yezid ibn Qənəb demişdir: «Mən Abbas ibn Əbdül-Müttəllib və Əbdül-Üzza tayfasından bir qrupla Allah evinin kənarında əyləşmişdim. Əmirəl-mömininin anası Fatimə binti Əsəd doqquz aylıq körpəyə hamilə vəziyyətdə doğuş ağrısı çəkə-çəkə deyirdi: «Pərvərdigara, mən sənə, peyğəmbərlərindən gələnə, Sənin tərəfindən nazil olmuş kitablara iman gətirmişəm. Cəddim İbrahim-Xəlilin sözlərini təsdiq edirəm. Bu qədim evin bünövrəsini qoyan o olmuşdur. Səni and verirəm bu evi tikənin və bətnimdə olanın haqqına, bu doğuşu mənim üçün asan et». Yezid ibn Qənəb deyir: «Biz öz gözümüzlə Kəbə evinin arxadan yarıldığını və Fatimənin Kəbəyə daxil olduğunu gördük. Fatimə gözdən itdikdən sonra divar yenidən birləşdi. Kəbənin qapısını açmaq istəsək də mümkün olmadı. Başa düşdük ki, bu Allahın işidir. Dörd gün sonra Fatimə qucağında Əmirəlmöminin (ə) bayıra çıxdı və dedi: «Mən keçmişdəki bütün qadınlardan üstünəm. Çünki Asiya Allaha elə bir yerdə gizlin pərəstiş edirdi ki, həmin yerdə yalnız çarəsizlikdən pərəstiş edilməsi mümkün idi. İmran qızı Məryəmi beytül-müqəddəsdə doğuş sancısı tutduqda ona nida edilir ki, bayıra çıxsın, ibadətgahda doğuş olmaz. Mən isə Allahın evinə daxil oldum, behişt meyvələrindən yedim, bayıra çıxmaq istədikdə nida gəldi ki, ey Fatimə, onun adını «Əli» qoy. Nida gəldi ki, Əliyyul-əla Allah buyurur: «Mən ona öz adımdan götürdüyüm ad qoydum, onu öz ədəbimlə tərbiyə etdim, ona gizli elmlərimdən agahlıq verdim; odur mənim evimdə bütləri sındıran, odur evimin damında azan deyən, məni pak bilən; xoş o kəsin halına ki, onu dost tutar, ona itaət edər; vay o kəsin halına ki, onu düşmən tutar və ona müxalif olar». (Şeyx Səduq, «Əmali» 27-ci məclis, 9-cu hədis.)


2105 بازدید
در حال ارسال اطلاعات...