Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2014

İmam Rizayla (ə) birbaşa rabitə

Hacı Şeyx Məhəmmədməhdi Tac nəql edir: Danışacağım dastan mərhum Şeyx İbrahim Türk haqqındadır.
Bu əhvalat mərhum Şeyx Məhəmmədtəqi Bafəqi Yəzdinin kitabında da yazılmışdır.
Dastan belədir ki, Şeyx İbrahim Türk adlı bir şəxs İmam Rizanın (ə) ziyarətinə gedir. Bir müddət orada qaldıqdan sonra pulu qurtarır. Ailə-uşaqlarına sovqat almağa pulu olmadığı üçün pis vəziyyətə düşür.
O deyir: Pul qazanmaq məqsədilə şəhərin böyüklərindən birinə mədhiyə yazıb ondan pul almaq istəyirdim. Birdən ürəyimə gəlir ki, İmam Rizanın (ə) hərəmində ola-ola, nə üçün pula xatir digərlərindən nəsə istəyim.
Həmin dəqiqə istiğfar etdim və mədhiyəni İmam Riza (ə) üçün yazdım. Sonra İmamın (ə) hərəminə daxil oldum. Ziyarətdən sonra ərz etdim: Ey İmam Riza (ə) sənin üçün mədhiyə yazmışam və