Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

DÜNYAYA VURĞUNLUQDAN ÇƏKİNMƏK

Qurani-Kərimin təkid etdiyi məsələlərdən biri dünyanın müvəqqəti və etibarsız olmasıdır
Möminin dünyaya baxışı

Əgər həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə) buyuruqlarına diqqətlə nəzər salsaq aydın olar ki, axirətə diqqət və dünyaya vurğunluqdan çəkinmək olduqca mühüm məsələlərdir. Bu da qeyd olunmalıdır ki, Əhli-beytə məxsus bütün təlimlər və bu şəxsiyyətlərin bütün buyuruqları Qurani-Kərimdən əxz olunmuşdur. Başqa sözlə, bu şəxslər bir növ danışan Qurandırlar. Onların həyatına yaxşı nəzər saldıqda hər an Quran məntiqləri ilə qarşılaşırıq. Əhli-beyt buyuruqlarının özündə təsdiqlənir ki, bu buyuruqlar Qurandandır. Eləcə də bildirilir ki, Əhli-beytin (ə) başqalarından üstünlüyü Qurandan hamının dərk etmədiyi mənaların onlar tərəfindən dərk olunmasıdır