Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

Cin və cindarlıq haqqında bilmədikləriniz - siz cindarın yanına getdikdə nələr baş verir?!

Hər bir tilsimi batil etmək üçün yollar vardır və bu yolları birbaşa rəvayətlərdə görmək olar
Qurani-kərimin “Bəqərə” surəsinin 102-ci ayəsində belə buyurulur:
"(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq, sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!"

Son vaxtlar camiədə dua yazmaq, cindarlıq, falçılıq, ekstrasenslıq kimi mövzuların genişlənməsini nəzərə alaraq, bu sahədə müxtəsər bir anlam vermək qərarına gəldim.
Birincisi budur ki, heç vaxt qəribə elmləri yüngül saymaq olmaz və bunların bəzilərinin həqiqəti vardır. Ələttə bu əsas vermir ki, siz hər kəsə inanasınız. Çünki insanların bu barədə bilgisizliyindən istifadə edib, fırıldaqçılıqla məşğul olmaq istəyənlər çoxdur.
İkincisi, tilsimə heç vaxt dua, yaxud zikr demək olmaz. Çünki dua və zikr kimi müqəddəs kəlamlar zülmətdən nura daxil olmaq üçündür. Amma tilsim tamamilə fərqli anlam verir.
İndi isə sözüm belə işlərlə məşğul olanlaradır: Sizin üçün xeyirli olmayan bir işə heç vaxt girməyin. Çünki ömrünüzün sonuna kimi bunun bahasını ödəməli olacaqsınız. Bilin ki, bu işlə ən azından özünüzün, yaxud ən yaxın adamlarınızın canını təhlükəyə salırsınız. Bu sözü açıqladığıma görə isə mənə zərər yetirməyə cəhd etməyin. Çünki yaxşı fikirləşsəniz, mən sizin xeyrinizi istəmişəm və bu barədə sizi agah edirəm.

Cinlər:
Mötəbər rəvayətlərimizə görə cinlər iki qismdir: 1. mömin cinlər; 2. şeytan qrupları olan kafir cinlər.
Cinlər öz-özlüyündə və ümumi olaraq insanlardan güclüdür.
Əmin olun ki, mömin cinlər heç vaxt bizim dünyamıza ayaq qoymurlar. Yalnız Allah övliyası, ya Allahın höccəti onu çağırdıqda xeyir işlər üçün gəlirlər.
Amma kafir cinlər iki dəstədir: gündüz şeytanları və gecə şeytanları.
Bu cinlər pis insanların çağırışı ilə gəlirlər. Gündüz cinləri insanı və nəfsi vəsvəsə etməyə cəhd edirlər. Gecə cinləri isə sizi qorxutmaq, təşvişə salmaq üçün gəlirlər. Heç olubmu ki, gecə hiss edirsiniz, nəysə sıxıntıdasınız, ya sizin yaxınlığınızda olan bir şeyi götürmək istəyirsiniz, amma gücünüz çatmır, yaxud boğulursunuz və qışqırıb kömək istəmək istəyirsiniz, amma səsiniz çıxmır?...
Bilirsinizmi şeytan və cinlər sizə nə vaxt üstün gəlirlər?
Siz heç İslamın bu tövsiyələrinə diqqət etmisinizmi ki, buyurur: yatmaq üçün yatağınıza girdikdə, Qurani-kərimdən ayələr oxuyun, yaxud 7 dəfə Nas, 3 dəfə İxlas və s. surələrini oxuyun. Yaxud buyurur ki, cənabətli halda yatmayın, qarnı tox olan halda yatmayın. Bunlar onun üçündür ki, cinlər sizə üstün olmasın və sizə vəsvəsə edə bilməsin. Bu tövsiyələr hamısı göstərir ki, kafir cinlər insana zəfər edə bilər.

Tilsim
Tilsim iki qismdir: 1. ümumi, yayılmış və ən çox da tilsimin həqiqətindən xəbəri olmayanların əməli. 2.Cin tilsimləri.
Birinci qism tilsimlər avam rammallara şamil olur. Bunlar hətta nə işlə məşğul olduqlarını, kim və nə ilə əlaqə yaratdıqlarını da bilmirlər. Əgər bilsələr və görsələr, qorxularından yerindəcə canları çıxar.
Amma ikinci qism tilsimlər. Hər bir şey üçün virdlər vardır və onlardan kömək almaq, cinləri vəkil tutmaq olar.
Bunu etmək üçün isə cindar, şeytan və cinlərin bir növ qulu olmalıdır ki, bu mərhələyə çatsın. Ən böyük və məşhur cindarlardan sayılan Təmtəm Hindi deyir: “Cinlərin böyüklərinin razılığını qazanmaq üçün onlara töhfə vermək lazımdır. Bunun üçün öz can və ruhunuzdan yaxşı bir töhfə ola bilməz”. Şər cinləri təsxir etmək istəyən kəs bir neçə şəraitə malik olmalıdır. Birincisi, qorxmamalıdır. Çünki qorxsa, bu onun ölümünə səbəb ola bilər. İkincisi, ürəyində Allaha imanı olmamalıdır. Çünki Allaha iman nuru olsa, belə bir zülmət işi etməz. Cinlə yaxın olmaq üçün üzünü qırxmalıdır, bəzən başını da keçəl etməlidir. Belə etdikdə cinə daha yaxın ola bilir. Məbədlərdə kahinlərin öz üz və saçlarını tamamilə taraş etmələrinin, pinti və səliqəsiz olmalarının səbəbi də budur.
Şər cinləri çağırmaq üçün lazım olan digər vəsaitlər isə: şahmat səhifəsi, su və güzgüdür. Bu sadalananlar şər qüvvələri çağırmaq üçün lazım olan ilkin vasitələrdir.
İş nə qədər böyük olsa, daha çox şeylər lazım olur. Habelə, 5 guşəli ulduz (pentaqramma) da bunun üçündür.
Cin təsxir etmək üçün istifadə edilən beş guşəli ulduz, yaxud pentaqramma bilirsinizmi nədir?
Pentaqramma adətən vikka, magiya, satanizm və masonlar ilə əlaqələndirilən beş guşəli ulduzdur. Pentaqramma dini simvol kimi uzun və mürəkkəb tarixə malikdir. Qədim Babilistanda mağaraların divarlarına çəkilən beş guşəli ulduz Venera planetinin səmada hərəkətinin meydana gətirdiyi ulduz formasından (ilahə İştarın gizli simvolu) qaynaqlanır.
Masonluq və onunla əlaqədar digər ənənələrdə pentaqramma "alovlu ulduz" adlandırılırdı. Masonluğun alleqorik simvolika sistemində Pifaqor həndəsəsi xüsusi vurğulanır. Təbii ki, pentaqramma Pifaqor rəmzlərinin başında gəldiyinə görə, mason simvollarında pentaqrammaya rast gəlmək təəccüblü deyil.
Pentaqramma, həmçinin erkən ABŞ hökumətinin simvolizmində mühüm rol oynayır. ABŞ-ın əsasını qoyan banilər mason olmuşdular və onlar üçün bu simvol mühim əhəmiyyət kəsb edirdi. Beş guşəli ulduz ABŞ bayrağı, gerbi (böyük möhür) və valyutasında özünə yer tapmışdır. Hətta Ağ ev nəhəng pentaqrammanın təpə nöqtəsində yerləşir.
Qəribə elmlərdən agah olan insanlar belə düşünürlər ki, 11 sentyabr hadisəsi “daimi dərgah”ın açılması üçün baş tutan böyük bir etiqad mərasimi olmuşdur.
Amma bu dərgah nədir? Dərgah, cinlərin maddi aləmə daxil olması üçün yoldur.
Bütün bunları deməkdə məqsədim, sizin aldanmağınızın, cindarların toruna düşməyininizin, sadə düşünməyinizin qarşısını almaqdır.

Tilsimi batil etmək üçün nə etmək lazımdır?
Hər bir tilsimi batil etmək üçün yollar vardır və bu yolları birbaşa rəvayətlərdə görmək olar. Başqa heç bir yola əl atmaq, cindar yanına getmək lazım deyil. Qətiyyən! Əgər özünüz rəvayətlərdən bir şey tapa bilmirsinizsə, yalnız təqvalı və əməli-saleh insana müraciət etmək olar. Başqa heç kəsə yox. Niyəsini də deyəcəm.
Bunu qeyd edim ki, sehr-cadu və tilsimi batil etmək üçün təkcə “ayətəl-kürsü”, “in yəkadu” s. kimi zikrlər kifayət etsəydi, Harut və Marut sehrin qarşısını üçün bunları xalqa öyrədərdilər və bununla da ayədə işarə olunan nifaqlar yer üzündən silinərdi. Deməli, bunlar təsirli olsalar da ya kifayət etmirlər, ya da biz onun oxumaq qaydasını bilmirik. Başqa sözlə hər dərdin öz dərmanı vardır.
Bəzi evlərə cinlər daxil ola bilir, bəzi evlərə isə daxil ola bilmir. Daxil ola bildikləri evlər; it, pişik, siçan, donuz saxlanılan, divarlarından hörümçəyin tor atdığı, yaxud tavanları çox hündür olan evlərdir. Əgər bu sadaladıqlarım olmazsa, cinlərin evə daxil olması çətinləşir. Bu sadaladıqlarımın cinlərin evə daxil olmasını asanlaşdırmasının səbəbi budur ki, belə evlərə mələklər get-gəl edə bilmirlər. Mələklər nurdur, cin və şeytanlar isə zülmət. Nur olan yerdə zülmət ola bilməz. Deməli, cinlərin sizin evə daxil olub, sizə zərər yetirməsini istəmirsinizsə, yuxarıda qeyd olunanlar evinizdə olmasın.
Qalxanınızın daha da möhkəm olması üçün isə; evdə həmişə Quran tilavət olunsun. Çünki qaranlığın nurla üzləşmək icazəsi yoxdur. Quran nurdur, zülməti evdən uzaqlaşdırır. Evinizdə, yaxud nəzərinizdə tutduğunuz yerdə Quran saxlayın.
Heç fikir vermisinizmi, məscidin tavanına, yaxud onun hündür, əlçatmaz yerlərinə Quran ayələri yazırlar? Bu nə üçündür? Bu ona görədir ki, cinlər ora daxil ola bilməsin. Çünki cinlər hündür tavanlı evlərdə yaşamağı sevirlər.
Bu qeyd etdiklərim, şəri dəf etmək üçün ümumi qaydalar idi. Amma əgər şər qarşıya çıxsa, onu batil etməyin yolları fərqlidir. İlk növbədə çalışın ki, qaranlıqdan uzaq olun, çünki ruhun həmişə nura ehtiyacı vardır. Əgər qaranlıq olsa, ruh, qaranlığın qonağı olur və şər qüvvələrin ona təsiri artır. Hətta gecələr yatdıqda, yaxud evdə olmadıqda evinizdə bir çıraq yansın. Heç vaxt evinizin qaranlığa qərq olmasına imkan verməyin. Şeytan və cinlər hətta adi nurdan da çəkinirlər.
İndi isə yuxarıda verdiyim sözə əməl edim və deyin ki, nə üçün cindarın, falçının yanına getməyin. Çünki o, ya fırıldaqdır, sizi aldadır və işinin bir nəticəsi olmayacaq. Ya da o, öz işində mütəxəssisdir. Mütəxəssis olduğu surətdə isə siz onun əlindən yaxa qurtara bilməyəcəksiniz. Çünki adətən cindarın yanına gedən və ondan ibri, arami, dəri, puştu və s. dillərdə dualar alanlar, əksərən özlərinin xəbərləri olmadan şeytan dəvətləri alırlar. Əgər bir cindar, yaxud falçı sizə deyirsə: evinizin torpağından bir miqdar gətirin-əsla bu işi etməyin. Bununla da o, cinlərə sizin evinizi tanıdacaq və daha siz cinlərdən yaxa qurtara bilməyəcəksiniz. Gərək hər iki aydan bir cindarın yanında olasınız. Yoxsa cinlərlə sizi pis günlərə çəkəcək.
Sizcə, hədislərdə nə üçün cindara, falçıya və bunlar kimilərə inanmaq pislənilib? Ümumiyyətlə, insan cindarın yanına getməyi iradə etdiyi andan Allahın hifzindən çıxır, şeytan və şər qüvvələrin təsiri altına düşür. Bundan sonra onun hesabı daha cindarın ətrafında olan şeytan və cinlərlədir. Ona görə də bunu təkidlə demək istəyirəm ki, cingirin, cindarın, falçının, ekstrasensın yanına getmək məhz özünü təhlükəyə salmaqdır. Çünki bununla sizə tərəf bir dərgah açılır ki, bu isə deyiləsi bir məsələ deyil.


1846 بازدید
در حال ارسال اطلاعات...