Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

Xanım Zeynəbin (ə) əzəməti

Zeynəb (ə) elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərlər.
Zeynəbi-Kübra (ə) böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbu Talibin (ə) qızı, yaxud Hüseyn ibn Əlinin (ə) və Həsən ibn Əlinin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra (ə) kimi birisi hanı?
Zeynəbi-Kübranın (ə) dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan əzəmətli insani və İslami mövqeyinə və hərəkətinə görədir. Onun işi, onun qərarı, onun hərəkət tərzi ona belə əzəmət bəxş etdi. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, əzəmət əldə edə