Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

Xanım Zeynəbin (ə) əzəməti

Zeynəb (ə) elə bir yerə çatdı ki, yalnız bəşəriyyət tarixinin ən üstün insanları, yəni peyğəmbərlər oraya çata bilərlər.
Zeynəbi-Kübra (ə) böyük bir qadındır. Bu böyük qadının İslam xalqlarının gözündə olan əzəməti nədəndir? Demək olmaz ki, Əli ibn Əbu Talibin (ə) qızı, yaxud Hüseyn ibn Əlinin (ə) və Həsən ibn Əlinin (ə) bacısı olduğuna görədir. Qohumluq heç zaman belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın bacıları, anaları və qızları olmuşdur. Amma Zeynəbi-Kübra (ə) kimi birisi hanı?
Zeynəbi-Kübranın (ə) dəyəri və əzəməti, onun ilahi vəzifəsinə əsaslanan əzəmətli insani və İslami mövqeyinə və hərəkətinə görədir. Onun işi, onun qərarı, onun hərəkət tərzi ona belə əzəmət bəxş etdi. Kim belə bir iş görsə, Əmirəlmömininin (ə) qızı olmasa da, əzəmət əldə edər. Bu əzəmətin əsas hissəsi odur ki, əvvəla mövqeyi tanıdı. Həm İmam Hüseynin (ə) Kərbəlaya getməsindən qabaqkı mövqeyi, həm Aşura gününün böhranlı anlarının mövqeyini, həm də İmam Hüseynin (ə) şəhidliyindən sonrakı ağır hadisələrin mövqeyini. İkincisi də budur ki, hər mövqeyə uyğun bir seçim etdi. Bu seçimlər Zeynəbi (ə) Zeynəb etdi.
Kərbəlaya hərəkətdən qabaq İbn Abbas, İbn Cəfər və erkən İslam çağının fəqihlik, şücaət, rəislik və ağalıq iddiasında olan bəzi məşhur simaları çaşıb qaldılar, nə iş görməli olduqlarını anlamadılar. Amma Zeynəbi-Kübra (ə) çaşmadı, anladı ki, bu yolu getməli, öz imamını tənha qoymamalıdır və getdi. Belə deyil ki, bunun çətin yol olduğunu bilməsin. O, digərlərindən daha yaxşı hiss edirdi. O, bir qadın idi; məmuriyyətindən ötrü həyat yoldaşından və ailəsindən ayrılan bir qadın. Məhz buna görə özünün azyaşlı uşaqlarını da özü ilə apardı. O, hadisənin necə olacağını duyurdu.
Ən güclü insanların nə etməli olduqlarını dərk edə bilmədikləri böhranlı saatlarda o anladı, öz imamına dayaq oldu, onu şəhid olmaq üçün hazırladı. Hüseyn ibn Əlinin (ə) şəhidliyindən sonra da dünya zülmətə qərq oldu. Ürəklər, canlar, dünyanın üfüqləri qaraldı. Bu böyük qadın bir nur olub parladı. Zeynəb (ə) elə