Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

GÜNAHIN BİRDƏFƏYƏ VƏ TƏDRİCƏN TƏRKİ

Günaha batmış adam üçün ən yaxşı yol qəlbində inqilab qopararaq bütün günahlardan və əxlaqi nöqsanlardan bir dəfəyə uzaqlaşmaqdır
Günahdan qoruna bilməyib, paklığını itirmiş qarşısında iki yol var: O ya bir dəfəyə günahdan uzaqlaşmalı, bu mümkün olmadıqda tədricən, pillə-pillə nəfsini təmizləməlidir.
Günaha batmış adam üçün ən yaxşı yol qəlbində inqilab qopararaq bütün günahlardan və əxlaqi nöqsanlardan bir dəfəyə uzaqlaşmaqdır. Qəti qərar gələrək şeytanları qəlbdən qovub, qəlbinin qapılarını onların üzünə bir dəfəlik bağlayan şəxs rahatlığa çıxır. Cəmiyyətdə olmazın günahlarına batmış bəzi insanların həqiqi tövbə ilə şər yoldan bir dəfəlik uzaqlaşdığına az da olsa təsadüf edirik. Günahkar insan üçün qəti bir söz, kiçik bir hadisə, ilahi bir