Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

Elm, ağıl və təcrübə olan yerdə imama nə ehtiyac var?

Elm insanı azğın nəfs istəklərindən xilas edə bilməmişdir!
Bəziləri düşünürlər ki, elm və texnika əsrində rəhbərə ehtiyac yoxdur. Onların nəzərincə, bəşəriyyət günbəgün müstəqilləşir və kamilləşir, onun qeybi yardımlara ehtiyacı azalır, ağıl və elm tədricən boşluqları doldurur...
Əslində isə elm və texnika əsrində bəşəriyyət üçün daha böyük təhlükələr yaradır. Əsas təhlükə tamahkarlıq, məqampərəstlik, bir sözlə, nəfsə itaətdən doğur. Məgər elm və texnikanın inkişafı insanlardakı təqva, haqpərəstlik, iffət meyllərini təmin edə bilirmi? Əslində iş tamam başqa cürdür.

Bugünkü elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Nə üçün belə olub? Belə cavab vermək olar ki, elm həqiqətən də, çıraq, işıqdır.