Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2016

Nadir şah Rus imperatriçasına evlilik təklif edib

Nadir şah, Rus imperatriçası Annanı elçilik edərək deyir ki, yaxşı olardı bizim aramızda izdivac olsun
Anna İvanovna 1730-40 illər ərzində hökmranlıq edən Rus imperatriçası olmuşdur. O, 1682-96-cı illərdə hakimiyyətdə olmuş V. İvanın qızı və Rusiya imperatoru olmuş I. Pyotrun qardaşı qızıdır. Anna, Baltik sahilindəki Kurzeme Krallığının başında olan Fridrix Vilhelm ile evlənmişdi. Əri Peterburqda təşkil olunan toydan sonra Kurzemeyə gedərkən yolda öldü və kraliça dul qaldı. 

Tarix kitablarında yazılıb:
Rusiyadan bir dəstə tacir və nümayəndə heyəti nəfis və qiymətli hədiyyələrlə Nadir şahın görüşünə gəlirlər. Görüş əsnasında Nadir şah imperatriçaının səhhəti, dövləti necə idarə etməsi, ətrafındakıların ona necə xidmət etmələri ilə maraqlanır. Nümayəndə heyəti cavabında deyirlər ki, bizim hökumətimiz varislik əsasındadır. Həzrət İsanın zamanından indiyədək bizim ata-babalarımız kişi və qadın hamısı bu dövlətə xidmət etmişdir. Nadir şah, Rus imperatriçası Annanı elçilik edərək deyir ki, yaxşı olardı bizim aramızda izdivac olsun və dövlətimiz bir olsun. Rus tacirləri bu təklifi çox gözəl müjdə adlandırırlar.
Rus nümayəndə heyəti Nadir şahın hədiyyə və məktubunu imperatriçaya çatdırırlar. O, məktubda “Zöhrə və Müştərinin (Venera və Yupiter) qovuşması” məzmunundan Nadir şahın fikrini başa düşür və belə cavab yazır: “Biz məmləkətimizi və özümüzü səndən əsirgəmirik. Amma həzrət İsanın dininin adət-ənənələrinə görə elçilik və evliliyin şərti budur ki, bəy naz diyarına gəlməlidir. Hər vaxt siz qovuşmaq və vəhdət istəsəniz, görüş üçün bir neçə günlük bu diyara gəlməlisiniz, bizim qonağımız olmalısınız və sizinlə tanışlıqdan sonra fikrinizə əməl edək”.

Doktor Abdulhadi Hairi, “İran mütəfəkkirlərinin qərb burjuaziyasısının iki üslubu ilə ilk görüşü”, səh. 198.


1160 بازدید