Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

Yaranmışların Allah hüzurunda kiçikliyi

İnsan öncə Allahı düzgün yolla və ilahi tövfiqlə tanımalıdır
Allah-Taalanın işarə etdiyi məsələ hətta Peyğəmbər (s) kimi əziz bir yaranmışın Allah hüzurunda kiçik və ehtiyaclı olmasıdır. Hətta peyğəmbərlərin və mələklərin də müstəqil ixtiyarı yoxdur. Yalnız özü vasitəsiz bir şeyə malik olan izzət sahibidir. Amma hər şeyi Allah tərəfindən verilmiş və istənilən bir anda geri alına bilən kəs özünü izzətli saya bilməz. Belələri onların ixtiyarına verilmiş şeylərə görə öyünməməlidirlər. İnsanın vücudundan şirkin bütün təsirlərini pak edə biləcək bu mühüm prinsip ayə və rəvayətlərdə yetərincə işıqlandırılmışdır. Nümunə olaraq bir neçə ayəni nəzərdən keçirək:
1. Allah məsəl çəkir: “Bir bəndədir ki, əlindən heç iş gəlməz.”
2. “De ki, Alla