Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

İlahi! Mövcudatı yaratdıqdan sonra onu öldürməyinin hikməti nədir?

Məxluqatın bədənində pak ruhlar və qaralmış ruhlar vardır
Böyük arif və şair Mövlana Cəlaləddin Rumi “Məsnəvi” (Məsnəviyi-mənəvi adı ilə məşhurdur) əsərində şeir dili ilə insanın yaranışı və ölümünə aid ibrətli bir dastan yazmışdır.
Bir gün həzrət Musa (ə) Allaha belə deyir: - İlahi! Mövcudatı yaratdıqdan sonra onu öldürməyinin hikməti nədir? Nə üçün gözəl məxluqlar yaradırsan, sonra isə onu məhv edirsən?
Allah buyurdu: - Bilirəm ki, bu sualınla bu işdəki hikmət və sirri öyrənmək və onu insanlara çatdırmaq istəyirsən.
Bu işin hikmətini bilmək istəyirsənsə, get torpaqda buğda toxumu ək, onun sünbül gətirməsini gözlə.
Musa (ə) buğdanı əkdi, onun sünbül gətirməsini gözlədi. Elə ki sünbüllər