Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

İSA (Ə) VƏ GÜNAHKAR

Ya Rəbb, günah ərşə çıxır köçümdə Ürəyim həsrətdən alov içində.
Eyni mənbədə belə bir rəvayət nəql olunur: “Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:

Ya Rəbb, günah ərşə çıxır köçümdə
Ürəyim həsrətdən alov içində.
Əməl naməm qara, işlərim xarab,
Yalnız rəhmətindən gözlərəm cavab.

Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsaya (ə) dedi: “Ya Ruhullah! Bu qə