Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

Nə üçün bəzən dualarımız qəbul olunmur?

Biz Allaha ağız açarkən bəzi şərtlərə əməl edirikmi?
Allah onu çağıranlara cavab verəcəyini vəd edir. (“Ğafir”, 60.) Amma birindən kömək almaq üçün bəzi şərtlərə əməl olunmalıdır: dostluq münasibətini qorumaq, dostun ünvanını yadda saxlamaq, yersiz istəklərdən çəkinmək, boş xəyallardan uzaq olmaq, qanunsuz yolla yardım tələb etməmək, başqalarının hüququnu poza biləcək arzulardan uzaq olmaq və düz danışmaq.
Biz Allaha ağız açarkən bu şərtlərə əməl edirikmi? Rəvayətlərdə duanın bəzi şərtləri bildirilir: “Bismillah” demək, dəstəmaz almaq, qəlbən dua etmək, məscid kimi müqəddəs yerdə durmaq, on dəfə “ya Allah”, “ya rəbbi” demək, salavat göndərmək, günahları yada salıb peşman olmaq, tövbə etmək…