Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

NECƏ İBADƏT EDƏK?

Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.
İbadətin üsulunu Quran və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Quran ayələri və məsumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Quran və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:

1. Agah ibadət
Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.” (“Səfinətul-bihar”, “Əbd” kəlməsi.)
Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.366.)
Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: “Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.” (“Bihar”, 84-cü cild, səh.259.)
Quran buyurur: “Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!” (“Nisa” surəsi, ayə 43.)
İmam Sadiq (ə) buyurur: “Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.” (“Vafi”, 2-ci cild, səh.10.)

2. Eşqlə ibadət
Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.
Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mərifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: “Məcburən ibadət etməyin.” (“Üsuli-Kafi”, 2-ci cild, səh.83.)
Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və məsumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər. (Sonrakı mövzularda bəzi nümunələr qeyd olunacaq.)

3. Xalis ibadət
İxlas gövhəri ibadətlərə dəyər və etibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Quran buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (“Kəhf” surəsi, ayə 110.)
İmam Riza (ə) buyurur: “Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.” (“Bihar”, 70-ci cild, səh.252; “Vəsail”, 1-ci cild, səh.58.)
Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Quran buyurur: “Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.” (“Bəyyinə” surəsi, ayə 5.)


1370 بازدید
در حال ارسال اطلاعات...