Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

NECƏ İBADƏT EDƏK?

Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.
İbadətin üsulunu Quran və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Quran ayələri və məsumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Quran və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:

1. Agah ibadət
Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.” (“Səfinətul-bihar”, “Əbd” kəlməsi.)
Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.366.)
Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsü