Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2016

ƏZİZ RƏHBƏRİMİZ - ŞEİR

Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz, Ey İmami Zamana naib olan sərvərimiz.
Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz,
Ey İmami Zamana naib olan sərvərimiz.

Oldun İslama şərəf, Əhli-beytə zinətsən,
Düşmənə göz dağısan, dostlara güc, qüvvətsən,
Şükr ola Allaha, Sən bizlər üçün nemətsən,
Sənə biz əsgərik arxanda dayaq hər birimiz,
Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz,
Ey İmami Zamana naib olan sərvərimiz.

Ayətullah Xomeyni ilə inqilaba xidmətiniz,
Oldu örnək hamıya, sarsılmaz cürətiniz,
Düşməni saldı yaman hala sizin heybətiniz,
İndi də əmrə müntəzirdi vətənpərvərimiz,
Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz,
Ey İmami Zamana naib olan sərvərimiz.

İslam inqilabının öndə gedən öndərisən,
Durdun ön cəbhədə əynində savaş mundiri Sən,
Bağladın əl-qoluna düşməninin kəndiri Sən,
Verdi bəhrəsin nəhayət tökülən qan-tərimiz,
Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz,
Ey İmami Zamana naib olan sərvərimiz.

Necə Xəndək döyüşündə yığılıb əlbir olub,
İslama qarşı bütün düşmənlər dilbir olub,
Sonda rüsvaycasına məğlub olan kafir olub,
Səddamı, Amerikanı etdi zəlil əsgərimiz,
Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz,
Ey İmami Zamana naib olan sərvərimiz.

Cəm olub İslama qarşı şeytani dövlətlər,
Etdilər müsəlmana qarşı qətlü-qarətlər,
Axırda aldı cəzasın bu qudurmuş itlər,
Etdi Allah nəzərin, həm də ki, Peyğəmbərimiz,
Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz,
Ey İmami Zamana naib olan sərvərimiz.

Üzbəüz durdu bütün batil ilə haqq əhli,
Vermədik imkanı onlar yaya bilsin cəhli,
Bu sənə deyil ay axmaq, ərəbistan, dehli,
Veririk biz canı Allaha görə hər birimiz,
Sənə canlar fəda, ey şanlı əziz Rəhbərimiz,
Ey İma