Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2016

Gəmiləri sınmış iki müsafirin duası

Onların dua etməkdən və Allaha yalvarıb kömək istəməkdən başqa çarələri yox idi
Dəniz səfərində bir gəmi tufana tuş gəlir və dəryada sınaraq qərq olur. Gəmidən təkcə iki nəfər sağ qalır. Onlar üzərək kiçik bir adaya çıxırlar. Onların dua etməkdən və Allaha yalvarıb kömək istəməkdən başqa çarələri yox idi. Hər ikisi Allaha yaxın bir adam olduğunu, Allahın onun duasının daha tez qəbul edəcəyini iddia edirdi. Onlar belə qərara gəldilər ki, adanı iki hissəyə bölsünlər və hər biri özünə aid hissədə dua etsin, görsünlər kimin duası qəbul olacaq.
Hər ikisinin Allahdan istədiyi ilk şey yemək idi. Səhərisi gün birinci kişi adanın özünə aid olan hissəsində ağacda meyvə gördü. Onu yeyib aclıqdan qurtuldu. Amma o birisinə aid olan hissədə yemək üçün heç nə tapılmadı.
Gələn həftə adanın hər iki qonağı tənhalıq hiss etdi. Onların hər ikisi duaya əl qaldırdı. Səhəri günü dənizdə başqa bir gəmi batdı və gəmidən bir qadın üzərək birinci kişiyə aid olan tərəfə çıxdı. Lakin ikinci kişi olan tərəfdə yenə tənhalıq hökm sürdü.
Beləliklə, birinci kişi Allahdan məskən, geyim və qida istədi. Səhəri gün onun istədiklərinin hamısı hasil oldu. Amma ikinci kişinin hələ də heç nəyi yox idi.
Nəhayət, birinci kişi Allahdan istədi ki, ona bir gəmi yetirsin və o, ailəsi ilə birlikdə adanı tərk etsin. Səhəri günü sübh tezdən adanın ona tərəf olan hissəsində bir gəmi lövbər atdı. Birinci kişi ailəsi ilə birlikdə gəmiyə mindi. O, ikinci kişini adada tək qoyaraq getmək istəyirdi və öz-özlüyündə fikirləşirdi ki, təkcə özü ilahi nemətləri almağa layiq görülüb və o birisi bu nemətlərdən məhrum edilib. Çünki adanın onun tərəfində olan hissəsinə Allahın heç bir neməti nazil olmadı.
Gəmi adanı tərk etmək istədikdə birinci kişi səmadan bir nida eşitdi: - Nə üçün öz yoldaşını adada tək qoyub gedirsən?
O cavab verdi: - Nemətlər təkcə mənim üçündür. Çünki təkcə mənim dualarım qəbul oldu. Onun duaları isə qəbul olmadı. O, bu nemətlərin heç birinə layiq görülmədi.
Səmdan gələn səs onu məzəmmət edərək dedi: - Sən səhv edirsən. Allah təkcə onun dualarını qəbul etmişdir. Yoxsa sizin heç biriniz bu nemətləri ala bilməzdiniz.
Kişi soruşdu: - O, hansı duanı etmişdir ki, mən ona borclu olam?
Səmadan nida gəldi: - O, dua edirdi ki, Allah sənin dualarını qəbul etsin.


942 بازدید