Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Fevral 2014

Facebook haqqında həqiqətlər

Kemeron Vinklvoss (Cameron Winklevoss) avar çəkmə üzrə çempion ekiz qardaşlardan biridir. O, Facebook sosial şəbəkəsinin ideyasını verənlərdəndir. Bu şəxslə müsahibə maraqsız deyil.

Sual: Siz Facebookda öz profaylınızda özünüzü olimpiyaçı avar çəkən, Harvard məzunu, "sosial şəbəkə" filminin qəhrəmanları prototipi kimi təqdim edirsiniz. Facebooku kəşf etmiş insanlar sırasında özünüzü necə hiss edirsiniz?

Kemeron Vinklvoss: Elə də yox. Mən çox xoşbəxt adamam. Biz – mən, Tayler, Divya çoxdan vəziyyətlə barışmışıq. Yəni Mark Sukerberqin davranışı ilə. Filmdə isə biznezsmen yox, sadə insanlar kimi göstərilmişik. Bizim həm də mənəvi prinsiplərimiz var. Təəssüf ki, artıq çoxları bu prinsiplərdən kənara çəkilib. Sosial şəbəkənin real tarix yox, sırf düşünülmüş olduğunu deyənlər həqiqətdən qorxur. Əslində isə onları narahat edən artıq milyonların bu həqiqətdən xəbər tutmasıdır.

Sual: Özünüzü qızıl gənclikdən sayırsınız?

Kemeron Vinklvoss: Əgər siz "Məcburi milyarderlər" və "Sosial şəbəkə" kitablarından sonra düşünürsünüzsə ki, biz Harvarda ailə əlaqələri vasitəsilə düşmüşük, yanılırsınız. Biz mavi qan sahibi deyilik. Mark Sukerberq də əsrin qəhrəmanı sayılmamalıdır. O Nyu-York ətrafında Dobbs Ferri məntəqəsində boya-başa çatıb, Ekzeter Elit akademiyasını bitirib. Sonra Mark Harvarda daxil olub. O yeni insan zümrəsinin təmsilçisi deyil. Sadəcə proqramçıdır, bankir yox. Ədalət və qanun hamı üçün bir olmalıdır. Kimsə Sukerberqi qəhrəman sayırsa o avtomatik olaraq yalan və qanunsuzluq sorağına gedir. Markın dünyasında kimsə sığortalanmayıb, hamını satqınlıq təhlükəsi izləyir.

Sual: Facebookun həmtəmsilçiləri çoxdan şəxsi layihələrlə məşğuldur. Məsələn, Quora və Qwiki nümunə ola bilər. Siz nə işlə məşğulsunuz?

Kemeron Vinklvoss: 2012-ci il olimpiadasından əlavə layihələrimiz var. Amma bu barədə açıq danışa bilmərəm. Avarçəkmə karyerasını başa vurduqdan sonra biznes fəaliyyətləri ilə məşğul olacağıq.

Sual: Sizin üçün hansı mühümdür: Olimpia medalı, yoxsa təsisçi kimi tanınmaq?

Kemeron Vinklvoss: Hər ikisi yaxşıdır. Güman ki qızıl medal daha əhəmiyyətlidir. Bizim üçün bu ad qürur mənbəyidir. Olimpia oyunlarında yalan yoxdur. Sən ya medal qazanırsan, ya da uduzursan. Hər şey vicdanla olur. İdman Markın davranışına tam ziddir. Mark etika və kollektiv fəaliyyətdən uzaq adamdır. İdmanda belə olmur. Komanda ilə birlikdə çalışa bilməyən çox dayana bilmir.

Sual: Əgər Markla probleminiz olmasaydı və Facebook yaranmasaydı, sizin HarvardConnection və ConnectU layihələrinizin aqibəti necə olardı?

Kemeron Vinklvoss: Layihələr Facebookun hazırkı simasından az fərqələnrdi. Bəli, sayt həmişə dəyişir. Həmin vaxt internetdə başqa sosial şəbəkələr çox deyildi. Amma MySpace və Friendster şəbəkələri mövcud idi. Bizim istəyimiz rabitələri onlayna çevirmək idi. ".edu" ilə bitən universitet e-mail-ları üçün şəbəkə yaratmaq idi. Daha doğrusu biz şəbəkədə keyfiyyətə nəzarətə çalışırdıq. Təsisat zamanı yalnız tələbələr və bəzi universitet məzunları dəvət edilmişdir. Əgər Mark bizim layihəni satqınlıqla ötürməsəydi özümüz Facebooku yarad bilərdik. Markın ilk ideyası sosial şəbəkədə insan və heyvan şəkilləri yerləşdirmək idi. Bu təkcə qeyri-etik və amansız addım yox, həm də köhnə bir iş idi. Həmin vaxt HotorNot.com mövcud idi və bu işi görürdü.

Sual: Yəni siz düşünürsünüz ki, Facebook olmasaydı ConnectU onun milyonlarla istifadəçisinə sahib olacaqdı?

Kemeron Vinklvoss: Əminəm ki, ideyada bu potensial var idi. Biz Harvardda işə başlayıb, sonra o biri Amerika universitetlərini dəvət etmək istəyirdik. Amma öncə bilməliydik ki, bu layihə Harvardda baş tutar, yoxsa yox? Saytda təkcə tələbələr yox, bütün məzunlar qeydiyyatdan keçə bilərdi.

Sual: Beləcə sizin sayt milyardlara dəyərdi?

Kemeron Vinklvoss: Bəli, bizim saytda Facebookun bütün potensialı vardı. "Sosial şəbəkə" kitabından sonra bəzilərində belə bir fikir yarandı ki, biz sosial şəbəkəni Harvard hüdudalrından kənara çıxarmaq istəməmişik. Əslində belə deyil.

Sual: Əgər Yahoo! sizə portala görə milyard dollar təklif etsəydi imtina edərdiniz?

Kemeron Vinklvoss: Əlbəttə. Markın milyarddan imtina qərarı məntiqidir. Sayt bundan çox bahadır və Mark bunu gözəl bilir.

Sual: Siz ümumiyyətlə Markda nəsə yaxşı xüsusiyyət görürsünüz?

Kemeron Vinklvoss: Mark 2004-cü ildə dostları ilə Palo-Altoya gələndə hamı Wirehog üzərində işləyirdi. Elə bir servis yaradılırdı ki, onunla musiqi faylları paylaşıla bilərdi. Bu çox təhlükəli addım idi. Amerikada müəllif hüquqları məsələsi hər gün ciddiləşir. Qanunsuz paylaşmaya görə hətta məktəblilər mühakimə olunur. Biznesmenlər belə addım atarmı?! Əlbəttə ki, yox. Biznesmenlər Siv Cobs kimi hərəkət edir. O iTunes-i yaratdı. Biz bütün yayı piratçılıqla məşğul olduq. Payızda ağlımız başımıza gəldi, yenidən qeydiyyatdan keçmək qərarına gəldik.

Sukerberq layihəyə biznes yox, əyləncə kimi baxır. O bu layihədə potensial görmürdü. Daha sonra şəxsi məlumatın qorunması ilə bağlı problem yarandı. Facebookda platformanı nəzərə almasaq innovasiya çox deyil. Facebook Places ideyası Foursquare, statusun yenilənməsi ideyası Twitter, suallar ideyası Quora şəbəkəsinə məxsusdur. Nəticədə Facebook böyük istehsala malik deyil. Onun dəyəri Sukerberqin dahiliyində deyil. Time Taym jurnalı Markı ilin adamı seçdi. Amma Facebookun dəyəri istifadəçilərdədir.

Sual: Markın Time jurnalında yerini tutmaq istərdiniz?

Kemeron Vinklvoss: İstənilən bir halda ilin adamı Sukerberq yox Culyan Assanj olmalı idi. Dövlət başçıları WikiLeaks qorxusundan gecə yata bilmirdi. Düşünmürəm ki, Facebook onları narahat edirdi.

Nur-az.com/venture


1417 بازدید
در حال ارسال اطلاعات...