Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2016

Quranda şərabın haram edilməsi

Allahın bu ayədə haram buyurduğu “hər cür günah” ifadəsindən məqsədi şərabdır
Xəlifə Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair bir nümunə, onun Mədinədə İmam Kazim (əleyhissəlam) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrini ziyarət etdikdən sonra İmam Kazim əleyhissəlamla görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Quranda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: “Şərab Quranda haram edilibmi?” Daha sonra əlavə edib dedi: “Camaatın əksəriyyəti şərabın Quranda qadağan olunmasını bilir, ancaq bu qadağanın mənasının haram olduğunu bilmir.”
İmam Kazim (əleyhissəlam) buyurdu: “Bəli, şərabın haram olması Quranda açıq-aşkar buyurulmuşdur.”
— Quranın harasında?<