Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2016

Nə üçün insanlar fərqli yaradılıb?

Hər bir insan ona verilmiş imkanlar həddində cavabdehdir.
Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə bunu zülm adlandırmaq olmaz. “T” hərfi deyə bilməz ki, nə üçün mən ayaq üstə qalmışam, amma “ş” oturub!
Qab-qacaq sexində müxtəlif ölçülü qablar hazırlansa da, kimsə sex rəisini bu fərqə görə ittiham etmir. Çünki, hər ölçüdə olan boşqabın öz tə`yinat