Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Nəfsin izzəti (özünə hörmət)

İslamda mühüm mövzulardan biri "izzəti-nəfs", yəni gözütoxluq, nəfsin qorunmasıdır. Qurani-Kərimdə bu sifətin gücləndirilməsi yolları barədə danışılır. İzzəti-nəfs psixologiyada işlənən terminlərdəndir. Bu sifət insanın özünü dəyər verməsi, gözütoxluğu, başqalarına əl açmaması kimi səciyyələrə malikdir. Özünə hörmət edən insan, başqa sözlə izzəti-nəfsi olan insan bu əqidədədir ki, insan müqəddəs varlıqdır. Müvəffəqiyyətə çatmaq üçün bu sifətə malik olmaq mühümdür. İzzəti-nəfsi olanlar adətən həyatda düzgün qərar qəbul edirlər.

Yaşından, cinsindən, yaşadığı mühitin mədəniyyətindən asılı olmayaraq bütün fərdlər bu sifətə ehtiyaclıdır. Psixoloqların gəldiyi qənaət budur ki, əgər insanda özünəhörmət hissi olmasa başqa ehtiyacları artır, istedadlar məhdudlaşır.

"İzzət" ərəb sözüdür, lüğət mənası möhkəm, nüfuzuedilməz deməkdir. "Ərzun əzizə" dedikdə suyun yol tapmadığı torpaq nəzərdə tutulur. İctimai baxımdan bu söz məğlubiyyətə mane olan mənasını bildirir. Həzrət Əli (ə) buyurur: "Allahdan qeyri yolla izzətə, hörmətə çatan insanı elə həmin izzət məhv edər."

Hazırkı əsrdə psixologiya ilə bağlı biliklər genişləndikdən sonra izzət əsas mövzulardan birinə çevrilib. İslamda bu sifəti gücləndirməklə bağlı yolların uzun tarixi var. İslam təlimlərində nəfsə hörmət, özünəhörmət hissinin gücləndirilməsi əsas mövzulardandır. İslamda izzətin qaynağı Allahdır. Bütün izzətlər, hörmətlər Allahdandır. Fatir surəsinin 10-cu ayəsində oxuyuruq: " Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar." Əgər izzət çeşməsi Allahdırsa onu Allahdan qeyri yolla əldə etmək zillət olar.

İzzətə meyl, zillətə ikrah fitridir. Bütün insanların qəlbində izzətə ehtiyac var. Bu hissə əhəmiyyət verilməyəndə o zəifləyir, eyni zamanda insanda zillətə nifrət azalır. Belə insan məğlubiyyəti asanlıqla qəbul edir. Bəs Quran bu barədə nə deyir?

1.Allaha təvəkkül

Fatir surəsinin 10-cu ayəsini nəzərdən keçirdik. Ayədə buyuruludu ki, izzət, hörmət istəyən onu Allahdan istəsin. İnsan Allaha ibadət və pərəstiş sayəsində, saleh əməl vasitəsilə izzətə çatır.

2.Qurana bağlılıq

Quran Allah kəlamına sarılmağı, ilahi ayələrdə izzət və hörmət axtarmağı tövsiyə edir. Zumər, 1: " Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!" Zuxruf, 43, 44: " Buna görə də sən özünə vəhy olunandan (Qurandan) yapış. Həqiqətən, sən düz yoldasan; Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdi