Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2016

Səttarxanı ağladan azərbaycanlı qadın döyüşçü

Qızım mən diri ola-ola sən niyə davaya getdin?!
Məhəmmədəli Şah Qacar, Məclisi top atəşinə tutmuşdu. Bir çox şəhərlərdə də Təbrizdə olduğu kimi döyüşlər gedirdi. Səttarxan və Bağırxan Təbrizdə şahın qoşununa qarşı döyüşlərə rəhbərlik edirdilər. Elə bir vəziyyət yaranmışdı ki, hətta qadınlar da kişi paltarı geyinərək döyüşə qatılırdılar. Hətta, o zaman çap olunan “Hikmət” qəzeti Təbriz hadisələrinə işarə edərək 18 Ramazanda Qacar şahına qarşı döyüşlərdə 27 təbrizli qadının vətən yolunda şəhid olmasından yazmışdı.
Bu döyüşlərin yaxından şahidi olanlardan biri “Qiyami Azərbaycan dər inqilabi məşrutə” (Məşrutə İnqilabında Azərbaycanın qiyamı) kitabında yazır:
“Bir gün yaralılardan birinin yarasını bağlamaq istəyirdilər. Lakin yaralı onun bədəninə və qanlı libasına əl vurlmamasına təkid edir və o halda can verməyini istəyirdi. Nəhayət, Səttarxan irəli gəlib, onu yarasını bağlamağa razı etməyə çalışdı. Yaralı çarəsiz qalaraq dedi: - Mən kişi deyiləm, qızam. Yaramı sarımaq üçün paltarımın əynimdən çıxarılmasını istəmirəm.
Bu sözü eşidəndə Səttarxanın halı pozuldu, gözləri yaşla doldu və ona bu cümləni dedi: - Qızım mən diri ola-ola sən niyə davaya getdin?!”

Qaynaq:
“Qiyami Azərbaycan dər inqilabi məşrutə”

Çevirdi: Seyid Zahir