Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

DÜNYA NEMƏTİ İMTAHAN VASİTƏSİDİR

Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər
Dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur. Varlı möminlərə din