Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2016

Alın yazısını pozmaq olarmı?

Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar
Qurani-kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır». («Rəd» surəsi, ayə 38-39.)
«Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar». («Əl-mizan» 11-ci cild, səh.419.)

Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.


1228 بازدید