Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

İmam Hüseynin (ə) qəbrini kim dağıdıb?

Mütəvəkkil göstəriş verir ki, hicri-qəməri 236-cı ildə İmam Hüseynin (ə) mübarək hərəmi və onun ətrafında hər nə varsa dağıdılsın və yeri şumlansın. Hərəmin ətrafında gözətçi postları tikilsin və o həzrətin (ə) ziyarətinə icazə verilməsin.
Deyilənlərə görə, müsəlmanlardan heç kim o həzrətin mübarək qəbrini dağıtmaq istəmir. Buna görə də bu iş yəhudi əsilli Bənam Dizəc yerinə yetirir. Mütəvəkkil elan edir: Hüseyn ibn Əlinin (ə) ziyarətinə getmək qadağan edilir. Əgər hər kim onun ziyarətinə getsə cəzalandırılacaq.
O qorxurdu ki, İmam Hüseynin (ə) dağıdılmış qəbri ona qarşı müqavimət mərkəzinə çevrilsin. O böyük şəhidin mübarizə və şəhadət yolundan ilhamlanıb ona qarşı qiyama qalxsınlar.
Amma o şəhidlər ağasının dostları və şiələri o həzrətin (ə) pak türbətinin ziyarətindən əl çəkmirdilər. Onlara müxtəlif işgəncələrin verilməsinə baxmayaraq, yenə də o həzrətin (ə) ziyarətinə gedirdilər. Mütəvəkkilin qətlindən sonra şiələr yenidən o həzrətin hərəmini düzəldirlər.
İmam Hüseynin (ə) qəbrinin dağıdılması müsəlmanları bərk qəzəbləndirmişdi. Belə ki, Bağdad camaatı divarlara Mütəvəkkilə qarşı şüarlar yazırdılar, birlik və mübarizəyə səsləyən surudlar oxuyurdular. O surudlardan birinə aşağıda işarə edilir:
“Allaha and olsun, Bəni-Üməyyə Peyğəmbərin qızının övladına zülm edib, halbuki, onun atasının yaxın adamlarından olublar (Bəni-Abbas). Bu Hüseynin qəbridir ki, öz canıma and olsun, (Abbasilər tərəfindən) viran edildi. Bəni-Abbas təəssüflənir ki, Hüseynin qətlində işrak etməyiblər. Ona görə də o həzrətin pak türbətini viran edirlər.


Məsum İmamlar, Mehdi Pişvayi, səh. 588.
Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com


1370 بازدید
در حال ارسال اطلاعات...