Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2016

Böyük qeyb dövründə həzrət Mehdinin (ə) məkanı haradadır?

Qısa qeyb dövründə xüsusi şiələrdən savay kimsə onun yerini bilməz
Bir çox rəvayətlərdən məlum olur ki, Sahibəzzaman nəinki müqəddəs sərdabədə deyil, hətta onun heç bir daimi məkanı yoxdur.
İmam Mehdi (ə) İbrahim ibn Məhzyara xitabən buyurur: “Atam mənə vəsiyyət edib ki, məxfi və uzaq yerlərdə məskən salıb azğın insanların pisliklərindən amanda qalım. Bu vəsiyyət məni uca dağlara çəkib apardı.” (“Bihar”, c. 99, s. 108)
Bəli, bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) yalnız xüsusi şiələrə məlum olan müəyyən məkanı vardır.
İshaq ibn Əmmar imam Sadiqdən (ə) belə nəql edir: “Qaim üçün iki qeyb var: biri qısa, o biri uzun. Qısa qeyb dövründə xüsusi şiələrdən savay kimsə onun yerini bilməz. Böyük qeyb d