Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2016

İMAM ƏLİNİN (Ə) FƏDAKARLIĞINA DAİR İKİ AŞKAR DƏLİL

"Mənim Allahım onu düşmənlərin hiyləsindən xilas etdi."
İki tarixi məsələ şəhadət verir ki, İmam Əlinin (ə) o gecədəki işini fədakarlıqdan başqa bir şey adlandırmaq olmaz və o həzrət həqiqətən Allah yolunda öldürülüb şəhid olmağa tam mənada hazır idi. O tarixi sənədlər aşağıdakılardır:
İmam Əlinin (ə) bu tarixi hadisə ilə əlaqədar olaraq dediyi və Süyutinin də öz təfsirində nəql etdiyi şerlər o həzrətin Peyğəmbərin yolunda candan keçməsinə və fədakarlığına dair aşkar bir şahiddir:
"Mən öz canımı yer üzünün ən yaxşı bir şəxs–Allah evini və Hicri-Ismayılı təvaf edən ən yaxşı bir şəxs üçün sipər etdim,
O möhtərəm şəxs Məhəmməd idi. Kafirlər onu qətlə yetirmək üçün tədbir tökdükləri vaxt mən bu i