Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2016

İMAM ƏLİNİN (Ə) FƏDAKARLIĞINA DAİR İKİ AŞKAR DƏLİL

"Mənim Allahım onu düşmənlərin hiyləsindən xilas etdi."
İki tarixi məsələ şəhadət verir ki, İmam Əlinin (ə) o gecədəki işini fədakarlıqdan başqa bir şey adlandırmaq olmaz və o həzrət həqiqətən Allah yolunda öldürülüb şəhid olmağa tam mənada hazır idi. O tarixi sənədlər aşağıdakılardır:
İmam Əlinin (ə) bu tarixi hadisə ilə əlaqədar olaraq dediyi və Süyutinin də öz təfsirində nəql etdiyi şerlər o həzrətin Peyğəmbərin yolunda candan keçməsinə və fədakarlığına dair aşkar bir şahiddir:
"Mən öz canımı yer üzünün ən yaxşı bir şəxs–Allah evini və Hicri-Ismayılı təvaf edən ən yaxşı bir şəxs üçün sipər etdim,
O möhtərəm şəxs Məhəmməd idi. Kafirlər onu qətlə yetirmək üçün tədbir tökdükləri vaxt mən bu işi gördüm.
Amma mənim Allahım onu düşmənlərin hiyləsindən xilas etdi.
Mən onun yerində gecələdim və düşmənlərin hücumunu gözləyirdim, özümü ölümə və əsir olmağa hazırlamışdım."


Sünnü və şiə alimləri nəql etmişlər ki, o gecə Allah Özünün iki böyük və müqərrəb mələyinə–Cəbrail və Mikailə xitab edərək buyurdu: "Əgər mən sizin birinizə həyat, digərinizə ölüm hökmü versəm, hansınız ölümü qəbul edib həyatı o birinizə verərsiniz?" Bu zaman onlardan heç biri ölümü qəbul edərək, digərinin yolunda canından keçməyə razı olmadı. Sonra Allah-Taala onlara belə buyurdu: "Yerə enin və Əlinin ölümü necə qəbul edib özünü Peyğəmbərə fəda etdiyini görün, sonra onu düşmənlərinin şərrindən saxlayın."
Zamanın keçməsi ilə bəzilərinin bu böyük fəzilətin üstünə pərdə çəkməsinə baxmayaraq, islamın əvvəllərində Əlinin (ə) bu əməli dost-düşmənin nəzərində ən böyük bir fədakarlıq sayılırdı. Ömərin fərmanı ilə (xəlifə təyin etmək üçün) təşkil olunan altı nəfərlik şurada Əli (ə) bu böyük fəziləti xatırlayaraq şura üzvlərinə dəlil gətirdi və dedi: "Siz şura üzvlərini Allaha and verirəm, deyin görüm Peyğəmbər Həra mağarasında olanda məndən başqa kim ona yemək apardı?! Məndən başqa kim onun yerində yatıb özünü ona gələn bəlalara sipər etdi?!"
Bir ağızdan dedilər: "Allaha and olsun, səndən başqası olmayıbdır!"

Mərhum Seyyid ibni Tavusun həzrət Əlinin (ə) fədakarlığı barədə gözəl bir təhlili var ki, onu Ismailin fədakarlığına və həmçinin, onun atasının əmrinə sözsüz təslim olmasına oxşadaraq İmam Əlinin (ə) fədakarlığının ən yüksək bir fədakarlıq olduğunu isbat etmişdir.


1830 بازدید
در حال ارسال اطلاعات...