Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2016

TÖVBƏ

Günaha yol vermiş insan peşiman olub, həmin yoldan geri dönməli, bir daha günaha batmamaq üçün diqqətli olmalıdır
Günaha yol vermiş insan ümidini itirməməlidir. Təsəvvür edin ki, çayın bir tərəfindən o biri tərəfinə keçmək üçün suya hər addımdan bir daşlar düzülmüşdür. Çayı keçmək istəyən insan birinci daşın üstünə atılır. İkinci daşın üstünə atılarkən sürüşüb suya düşərsə, bütün qüvvəsini toplayır ki, yenidən daşın üzərinə çıxsın. Özünüz düşünün, heç ola bilərmi ki, sürüşüb suya düşən adam “qoy məni çay aparsın” deyə çobalamaya?! Əlbəttə ki, ola bilməz! Günah da həmin çaya sürüşüb islanmaq kimidir. Günaha yol vermiş insan peşiman olub, həmin yoldan geri dönməli, bir daha günaha batmamaq üçün diqqətli olmalıdır. Necə ki, bir dəfə sürüşüb suya düşmüş insan ikinci dəfə sürüşməmək üçün çox diqqətli olur!
“Zumər” surəsinin 53-cü ayəsində buyurulur: "Ey mənim özlərinə zülm etməkdən həddi aşmış bəndələrim, Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqətən, Allah bütün günahları bağışlayandır." “Nur” surəsinin 31-ci ayəsində oxuyuruq: “Ey iman gətirənlər hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız.”
Həzrət Peyğəmbər (s) buyurur: “hər dərdin bir dərmanı var, günahın dərmanı tövbədir.” İmam Baqir (ə) buyurur: “Tövbə edən şəxs sanki heç günah etməmişdir.”
Tövbəyə qısa tərif verək: Tövbə insanın günahdan peşiman olub, bir daha günahı təkrarlamamaq haqqında Allaha verdiyi vəddir.


1368 بازدید
در حال ارسال اطلاعات...