Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

İmam Hüseynin (ə) qiyamının nəticəsi

"Bu gün şiə və qeyri-şiə olan yüz milyonlarla müsəlman bunların adına təbərrük edir"
Bəlidir ki, əgər iman iddiaçıları İmam Hüseynə (ə) qarşı ayrı cür rəftar etsəydilər, birinci nəticə (qələbə və hakimiyyət) hasil olardı. Bu həmin dövrdə xalqın dünya və axirətini düzəldə bilərdi və Peyğəmbər (s) dövründə olduğu kimi, imaməti fəsadlı və fəsad törədən şahlığın yerinə qoyardı.
Əbu Abdullahın (ə) qiyamı zahirdə düşmən qoşunları ilə döyüşməklə, onun və dostlarının şəhid, ailəsinin və digər yoldaşlarının əsir olması ilə nəticələndi. Lakin demək olarmı bu aqibət Şəhidlər ağasının məğlubiyyəti və düşmənin qələbəsi idi?!
Məsələnin zahiri belədir ki, dövrün ən dəyərli insanları Aşura hadisəsində məhv edildilər. Hüseyn ibn Əli (ə) ailəsinin bütün görk