Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

İlk şiə kitabı

Ayətullah Xamenei: Səhifeyi-Səccadiyyə dua və dərs kitabıdır!
Kərbəla faciəsindən sonra cəmiyyətdə ictimai-siyasi durum elə ağırlaşdı ki, sanki ilkin İslam dövrünə dönüş baş verdi. Peyğəmbərin rehlətindən cəmi 50 il sonra onun əziz nəvəsi İmam Hüseyni (ə) qətlə yetirdilər. İmam Səccad (ə) çox qərib oldu. Mədinə o qədər yoldan azdı ki, xalq xanəndə, rəqqasə qadınların ardınca gəzirdi. Cəmiyyətdə hakimiyyət qorxusu həqiqətə yolu qapamışdı. İslam maarifini yaşatmaqda israrlı İmam Səccad (ə) öz inqilabı üçün duanı vasitə seçdi.