Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

İmamın oğlu İmam (r) haqqında

Höccətül-islam vəl-müslimin Seyid Əhməd Xomeyni nəql edir: Həzrət İmam "Səfillər" kimi əksər məşhur romanları oxuyub. Dünyanın məşhur yazıçılarının istər ictimai, istər siyasi məzmunlu əsərlərini ən çox mütaliə etmiş ruhanilərdəndir.

Həqiqəti təsvir etmək gücü olmayan bir şəxsin İmam haqqında danışması çox çətindir. İmam İmamdır. Bəzən onun qətiyyətini ən bariz sifəti kimi qeyd etmək istəyirəm. Bu vaxt zöhd və təqvası yadıma düşür, dayanıram. Onun şücaəti məni o qədər təsirləndirib ki, düşünürəm ən güclü sifəti şücaətidir. Düzünə qalsa, onda gördüklərimi bəyan edə bilmirəm.

Onun sədaqəti misilsizdir. Allah bilir ki, atam olduğu üçün belə demirəm. O mənim muradımdır. Sədaqəti bir dastandır. Güclü qələm sahibi mənim bildiyimi bilsəydi ən gözəl əsəri yazardı.

İmam xalqın qarşısında necədirsə ailədə də elədir. Əlbəttə ki ailədə zarafatı, körpələrlə əylənməsi istisnadır. Məqsədim başqadır. İmam ailədəki səfası ilə cəmiyyətə çıxır.

Gecə 11:30 – 12:00 arsı yatır. Fəcr tulusundan, yəni sübh azanından saat yarım qabaq oyanır. Kiçik zəngli saatı var, onun səsinə yuxudan durur. Sübh azanına qədər və sübh azanı görməli səhnədir. Ağlayır, Allaha eşqini bəyan edir, raz-niyaza məşğul olur. Anam deyir ki, 28 yaşından bu günə qədər gecə namazını tərk etməyib.

Yəni ailə qurduğu vaxtdan gecə namazı qılır. İmamın hücrə yoldaşları da onun haqqında bu sözləri deyir. Elə əvvəldən yalan və qeybətdən ciddi şəkildə çəkinib. Əvvəldə qeybət məclisində oturmayıb, ya da danışanların sözünü kəsib. Yaxşı olar mənim dediklərimlə kifayətlənməyəsiniz. Onun kimliyini hücrə yoldaşları, tələbə yoldaşlarından soruşmaq lazımdır. Belələri çoxdur. Bu adamlarla söhbətə juranlist kimi getməyin. İmam İmamdır. Onun əxlaqi və irfani xüsusiyyətləri mübarizə xarakteri ilə yanaşıdır. İmamın mübarizədəki məqamı onun irfani məqamında çox aşağıdır.

Yəqinliklə deyə bilərəm ki, kimsə əməli irfanı İmam kimi bilməyib. Təkrar edirəm ki, mənim dediklərimlə kifayətlənməyin. Kimsə İslam fəlsəfəsində ona çata bilməz. Bunu filosoflardan soruşun. Onlardan soruşun İmamın fəlsəfədəki məqamını. Bəzi alimlər bu fikirdədir ki, İslam elmlərinin bir hissəsi İmamla tamamlanır.

Əməli irfanda İmam kimisi yoxdur. Olsa da belələri az olar. Mütaliəni çox sevir. O qədər oxuyur ki, gözləri yorulur. Tətil günlərində o qədər mütaliə edir ki, ona kitab gətirənlər yorulur.

"Səfillər" kimi əksər məşhur romanları oxuyub. İran tarixini dəfələrlə mütaliə edib, məşrutə tarixini gözəl bilir.

Bu gün də bütün xəbərləri nəzərdən keçirir. Müxtəlif düşüncələri işıqlandıran meydan qəzetlərini diqqətlə mütaliə edir. İmamın ifnormasiya kanalları bir nəfər və ya bir qrup olmayıb.

Polis, ordu, nazirliklər, SEPAH-la bağlı informasiyalar İmamın dəftərinə təqdim olunur və İmam onları mütaliə edir. İmamla görüşən şəxslər onu yetərincə məlumatlandırır. Onun öz nəfsi üzərində işi ayrıca bir hekayətdir. Hər şeyi Allahdan görür, hər şeyi Allahdan bilir. Dəfələrlə mənə deyib ki, adi işlərini də Allah rizasına gör, mükafat al. Gecə üç saat, sübh namazından sonra bir-iki saat, günortadan sonra bir saat yatır.

İbadəti özünəməxsusdur. Adətən aktual mövzularda söhbət edir. Evə gələndə sakit dayanmağa çalışır, hamı ilə hörmətlə davranır. Anama çox hörmətlə yanaşır. Həmişə anamı gözləyir, sonra yeməyə başlayır.

İmam haqqında onun keçmiş dostlarından soruşmaq lazımdır. İmam şairdir və yaxşı şeir oxuyur. Dostlarının şəhadət xəbərini eşidəndə qəribə hala düşür. Dağ kimi möhkəm olsa da hissiyyatı çox güclüdür.

Behişti şəhid olanda onunla danışmağa cürət etmirdik. İnqilabdan sonrakı üç ildə mənim işim ona dostlarının şəhadət xəbərlərini çatdırmaq olub. Çalışıram ki, şəhadət xəbərini tədricən, həmin şəxsin yaralanmasından başlayıb danışım. Amma son vaxtlar buna imkan tapmıram. Cənab Mədəni, ya Dəstğeyb deyən kimi şəhadətə çatdıqlarını soruşur. Mənim sükutum ona cavab olur.

Mərhum Rəcai və Behiştinin şəhadəti onu çox təsirləndirdi. Ürək ağrısı ilə deyirdi ki, Behişti məzlum yaşadı, məzlum öldü. Çalışın İmamın qədim dostları ilə onun haqqında danışasınız. İmamın xarakterindəki zərif xüsusiyyətləri onlardan öyrənmək olar.

Mən İmamın oğlu olaraq onun haqqında danışa bilmirəm. Deyir ki, məni tərif etməyiniz yersizdir. Düşünürəm ki, bu qədər danışmağım onu narahat etməz.

Nur-az.com


1528 بازدید
در حال ارسال اطلاعات...