Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

ATA-ANAYA EHSANIN NƏTİCƏSİ

Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır
Valideynlərinə ehsan və yaxşılıq edən insanlar haqqında söz açmazdan əvvəl burada mühüm bir məsələyə işarə edirik:
İslam dinində ata-anaya yaxşılıq və hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə də Allah-təala Quranın dörd surəsində bu məsələni Allahı dərklə eyni səviyyədə tutmuşdur.

1-O cümlədən də Bəqərə surəsinin 83-cü ayəsində buyurur:
"Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin..."

2-Həmçinin Ənam surəsinin 151-ci ayəsində buyurur:
“Ya Rəsuləllah! De: Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin...”

3-Allah-təala Nisa surəsinin 36-cı ayəsində camaata xitab edərək onları ibadətə dəvət edib buyurur:
“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin...”

4-Həmçinin İsra surəsinin 23-cü ayəsində Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:
“Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”

Ata-anaya yaxşılıq etmək haqqında İslam Peyğəmbəri (s) buyurmuşdur:
“Valideynlərə hörmət və yaxşılıq etmək, namaz, oruc, həcc, ümrə və Allah yolundakı cihaddan qat-qat üstündür.” (“Camiüs-sadat”, c. 2, səh. 264.)

Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır. Hətta valideynin üzünə baxmaq belə Həcc ziyarətinin savabı ilə bir sırada qeyd olunmuşdur.
Peyğəmbər (s) buyurur:
“Elə bir gözəl əməl sahibi olan övlad yoxdur ki, hər dəfə valideynlərinə rəhmət və qayğıkeş nəzərlərlə baxdığında, Allah-təala həmin övladın hər baxışının əvəzində onun əməl dəftərinə qəbul olmuş bir Həccin savabını yazmamış olsun.”
Ərz olundu: “Ey Allahın Rəsulu! Əgər gündə yüz kərə baxsa necə?
Buyurdu: “Bəli! Mehriban Allah o həddə böyük və pakdır ki, hətta min kərə baxsa belə ona hər baxışın müqabilində həmin savabı yazar.”


3349 بازدید
در حال ارسال اطلاعات...