Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2016

“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”

“Sizə təqva və daimi təfəkkürü vəsiyyət edirəm. Çünki bütün yaxşılıqların əsası düşünməkdir”.
Həzrət Peyğəmbər (s):
“Allah insanda üç xüsusiyyəti sevir: az danışmaq, az yatmaq, az yemək.” (“Əl-вaizul-ədədiyyə,” s. 147.)
“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır.” (“Nəhcül-fəsahə”, s. 332)

İmam Əli(ə):
“Öz eyiblərindən agah olan kəs başqalarında eyib axtarmır.” (“Müstədrəkul-вəsail”, c. 11, s. 316.)
“Yağlıdillikdən uzaq ol, çünki o iman sifəti deyil.” (“Nəhcül-bəlağə”, k, 347.)

Həzrət Zəhra (s):
«Əgər əmrlərimizə əməl etsən, qadağalarımızdan çəkinsən şiələrimizdən olacaqsan.» (“Biharül-ənвar”, c. 68, s. 155.)
“Biz Əhli-beyt məxluq arasında Allahın vasitəsi, Onun seçilmişləri, paklar məhəlli, Allahın aşkar dəlili, peyğəmbərlərin varisləriyik” (“Səhifətuz-Zəhra”, s. 27);

İmam Həsən (ə):
“Allahın nemətlərinə görə təşəkkür etməmək alçaqlıqdır.” (“Tuhəful-uqul”, s. 236)
“Sizə təqva və daimi təfəkkürü vəsiyyət edirəm. Çünki bütün yaxşılıqların əsası düşünməkdir”. (“Məcmueye- Вərram”, c.1, s. 53.)

İmam Hüseyn (ə):
“Həqiqətən xalqın sizə ehtiyacı Allahın böyük nemətlərindəndir. Onların ehtiyacını ödəməkdə süstlük göstərməyin.” (“Biharül-ənвar”, c. 71, s. 318.)
“Bağışlayan kəs ucadır. Paxıl və dargöz adam isə zəlil olur.” (“Mizanul-hikmət”, c. 2, s. 184.)

İmam Zeynal-abidin (ə) (Səccad):
“Qeybətdən çəkinin, çünki qeybət xalqın ətini yeyənlərin xuruşudur.” (“Müstədrəkul-вəsail”, c. 9, s. 113.)
“Allahın verdiyi ruziyə qənaət edən xalqın ən ehtiyacsızı olar.” (“Tuhəful-uqul”, s. 285.)

İmam Baqir (ə):
“Allaha təvəkkül edən kəs məğlub olmaz.” (“Müstədrəkul-вəsail”, c. 11, s. 328.)
“Həqiqətən, möminlərin ən kamili xoşrəftarlı olandır.” (“Üsule-kafi”, c. 3, s. 121.)

İmam Sadiq (ə):
“Əgər bir mömin günah etmək qərarına gəlsə ruzisindən məhrum olacaq.” (“İqabul-əmal”, s. 521.)
“Dünya işlərin yaxşıdırsa, dinindən ötrü nigaran ol.” (“Tuhəful-uqul”, s. 377.)

İmam Kazim (ə):
“Ağılın dəlili təfəkkür, təfəkkürün dəlili sükutdur.” (“Mizanul-hikmə”, c. 5, s. 436.)
“Din qardaşının qeybətini edən şəxs məlundur.” (“Mizanul-hikmə”, c. 7, s. 333.)

İmam Riza (ə):
“Zəif insanlara kömək etmək sədaqətdən üstündür.” (Tuhəful-uqul”, s. 470.)
“Ağıl insanın dostu, nadanlıq isə düşmənidir.” (“Tuhəful-uqul”, s. 467.)

İmam Cəvad (ə) (Məhəmməd Təqi):
“Şükrü yerinə yetirilməyən nemət bağışlanmayan günah kimidir.” (“Biharul-ənвar”, c. 75, s. 82.)
“Nəfsinə itaət edən kəs düşmənin arzularını yerinə yetirir.” (“Səfinətül-bihar”, c. 2, s. 728.)

İmam Hadi (ə) (Əliyyən Nəqi):
“İnsanlar dünyada var-dövlətləri, axirətdə isə əməlləri ilə yoldaş olacaqlar.” (“Biharul-ənвar”, c. 78, s. 368.)
“Allahdan qorxandan qorxar, Allaha itaət edənə itaət edərlər.” (“Biharül-ənвar”, c. 78, s. 368.)

İmam Həsən Əskəri (ə):
“Axmağın qəlbi ağzında, aqilin ağzı qəlbindədir.” (“Tuhəful-uqul”, s. 519.)
“Təvazökarlıq elə bir nemətdir ki, kimsə ona həsəd aparmır.” (“Вəsailüş-şiə”, 16, s. 98.)

İmam Zaman (ə):
“Peyğəmbər qızı Fatiməye Zəhra (s) mənim üçün layiqli nümunədir.” (“Biharül-ənвar”, c. 53, s. 180.)
“Biz Peyğəmbər ailəsindən kənarda elm əldə etmək bizi inkar etməkdir.” (“Səhifətul-Məhdi”, s. 334.)


1216 بازدید