Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

Namazın mənasını öyrənin!

Ayətullah Xameneinin tövsiyələrindən
İnsanın cismi idmansız zəif, arıq və gücsüz olur. Kim olursunuz olun, nə qədər güclü, möhkəm olsanız da əgər idman etməsəniz, yeyib-içib yatsanız bədəniniz zəif olacaq. Buna şübhə yoxdur. Nə qədər ki, idman etmirsiniz, bədəniniz lazımi qədər inkişaf edə bilməyəcək. Onun bir sıra gözəllikləri də var ki, idman onları aşkara çıxaracaq. İdmansız olmaz. Sizin ruhunuz da eynilə bu cürdür. İdmansız, məşqsiz, riyazətsiz güclü olması mümkün deyil. Çox insanlar var ki, gözəl və güclü bədənləri var, amma ruhları arıq, çirkin və gücsüzdür. Bu, işə yaramır. Bütün ibadət buna görədir ki, biz idman edək, tərbiyə olunaq və irəliləyək. Əlbəttə, ibadətləri də tanımaq lazımdır. İbadətlərin yalnız cismi lazım deyil. İbadətin də cismi və ruhu var. Yalnız ibadətin cismi kifayət d