Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2016

İLAHI MƏHƏBBƏT VƏ GÖZ YAŞLARI

"Pərvərdigara, sən yaxşı bilirsən ki, mən nə cəhənnəm qorxusundan, nə də behişt şövqündən ağlayıram"
İlahi məhəbbət yoluna qədəm qoymuş insan ilk öncə Allah qorxusundan göz yaşları axıtmalı, ötən günahlarından ötrü narahat olmalıdır. İnsan ağlayıb, kamil tövbə etmədən qəlbi çirkinliklərdən və günahlardan təmizlənməz. Göz yaşları bütün günah çirkabını yumaq gücündədir.

Həzrət Şüeyb haqqında bildirirlər ki, o, uzun illər ağladı və gözləri kor oldu. Allah-təala ona vəhy etdi: “Ey Şüeyb, nə üçün bu qədər ağlayırsan? Əgər mənim əzabımdan qorxursansa, mən cəhənnəmi sənə haram etdim. Əgər behişt şövqündən ağlayırsansa, mən behişti sənin ixtiyarına qoydum.” Həzrət Şüeyb ərz etdi: “Pərvərdigara, sən yaxşı bilirsən ki, mən nə cəhənnəm qorxusundan, nə də behişt şövqündən ağlayıram. Məni ağladan Səninlə görüş şövqüdür.” Allah-təala buyurdu: “Düz dedin, bundan sonra öz həmsöhbətim Kəlimi sənə xadim etdim.” Bu vaxt həzrət Musa Misirdən qaçdı və Şüeybin yanına gəldi. O Şüeybin qızlarından biri ilə evləndi və müqavilə bağladı ki, on il orada qalacaq və Şüeybə xidmət edəcək. Bəli, Şüeyb on il ilahi eşqlə ağlayıb kor olduqdan sonra Allah öz Kəlimini (Musanı) ona xidmətçi qərar verdi. Şüeyb ilahi eşq sayəsində belə bir ləyaqətə nail oldu. Musa kimi bir peyğəmbər on il müddətində Şüeybin xidmətində dayandı. Bəlkə də, elə Şüeybə xidmət səbəbindən peyğəmbərik məqamına nail oldu. Bəli, Allah dostları az gülür və çox ağlayırlar.


1569 بازدید