Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2016

İLAHI MƏHƏBBƏT VƏ GÖZ YAŞLARI

"Pərvərdigara, sən yaxşı bilirsən ki, mən nə cəhənnəm qorxusundan, nə də behişt şövqündən ağlayıram"
İlahi məhəbbət yoluna qədəm qoymuş insan ilk öncə Allah qorxusundan göz yaşları axıtmalı, ötən günahlarından ötrü narahat olmalıdır. İnsan ağlayıb, kamil tövbə etmədən qəlbi çirkinliklərdən və günahlardan təmizlənməz. Göz yaşları bütün günah çirkabını yumaq gücündədir.

Həzrət Şüeyb haqqında bildirirlər ki, o, uzun illər ağladı və gözləri kor oldu. Allah-təala ona vəhy etdi: “Ey Şüeyb, nə üçün bu qədər ağlayırsan? Əgər mənim əzabımdan qorxursansa, mən cəhənnəmi sənə haram etdim. Əgər behişt şövqündən ağlayırsansa, mən behişti sənin ixtiyarına qoydum.” Həzrət Şüeyb ərz etdi: “Pərvərdigara, sən yaxşı bilirsən ki, mən nə cəhənnəm qorxusundan, n