Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2016

Amerika: Öncə namaz, yoxsa imtahan?

İbrətamiz xatirə
Ağa Seyid Möhsin Cəbəl Amili böyük şiə alimlərindən olub. Onun qardaşının nəvəsi, Məfatihul-Kiramə kitabının müəllifi Ağa Seyid Cavad Suriyada Dəməşq şəhərində mədrəsə açıb, Əhli-Beyt (ə) maarifini tədris edib. Qum tacirlərindən olan Seyid Əhməd Müstəfəvi Seyid Möhsin Amindən nəql edir ki, Dəməşq mədrəsəsinin müvəffəq tələbələrindən biri Amerikaya dünyəvi təhsil almağa gedir. Tələbə Amerikadan öz ustadına yazır:
Əziz Ustad, bir müddət öncə universitetdə imtahan vardı. Tələbələr növbə ilə imtahana daxil olurdu. Namazın vaxtı çatdı və mənim növbəmə az qalırdı. Qərara gəldim ki, namazımı təxirə salmayım. İmtahan salonundan çıxmaq istəyəndə nəzarətçi müəllim haraya getdiyimi soruşdu. Mən ibadət vaxtının çatdığını dedim. Müəllim israr göstərdi