Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Behişt əhlinin nişanələri

Quran və rəvayətlərdə behişt əhli haqda möminlər üçün çoxlu nişanələr zikr edilib. Onlardan bir neçəsinə işarə edirik:

1.İman, hicrət və cihad
“İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır (xeyrə qovuşanlardır).” (Tövbə, 20).

2.Allah və Peyğəmbərdən itaət

“Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).” (Nur, 52).

3.Allahdan qorxmaq, təvəkkül, namaz qılmaq və infaq

“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, on