Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2016

Dünyanın ən azad insanı

Mehr agentliyi imperializm və sionizmin bir nömrəli həfədindən yazır
Raşid Cəfərpur Kelorinin “Dünyanın ən azad insanı” kitabı Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullaha həsr edilib.

Kitabdan:

Seyid Həsən elə bir vaxtda dünyaya qədəm qoydu ki, Livanın cənubunda şiə əhali çox yoxsul yaşayırdı. Bu səbəbdən ailə Beyrut ətrafında Əl-Kərəntina məntəqəsinə köçməli oldu...
Seyid Həsən deyir: Çox təəssüf edirəm ki, Nəcəfə gedənə qədər bir gün olsun süfrəyə ata-anamla birlikdə otura bilmədik. Bacı-qardaşlarımla nahar edərdik. Ata-anamın işdən vaxtı vaxtı olmurdu...
Seyid Həsənin sinif yoldaşı Xalid Mustafa deyir: 12 yaşlı Seyid Həsən heç vaxt düşünmədən danışmazdı. Onunla söhbət edəndə adama elə gəlirdi ki, 30-35 yaşı var...
Ruhaniləri sevirdi, evdə və dükanda Musa Sədrin fotosunu divardan asmışdı. Musa Sədrin ona böyük təsiri olub...
Seyid Həsən deyir: Musa Sədrin gözəlliyi və heybəti məni heyrətə gətirirdi. Düşünürdüm ki, dini təhsil alıb bu seyid kimi ruhani libası geyim...
Səddam rejimi inqilabi düşüncəli tələbələri təqib edirdi. Nəcəfdə Seyid Həsəni həbs etməyə yubandılar. Bəəsçilər onun ünvanına gələndə Seyid Həsən artıq Livanda idi. O qərara gəlmişdi ki, təhsilini Livanda davam etdirsin...
1982-ci ildə 21 yaşlı Seyid Həsən İmam Xomeyninin (r) görüşündə olur və bu görüş onun vücudunda tufan yaradır. Seyid Həsən bütün varlığı ilə müqavimət hərəkatına qoşulur...
Seyid Həsən 1990-cu ildə Quma gəlir, 2 il hövzədə təhsil alır...
Ərəb ölkələri uzun illər İsrail qarşısında aciz qaldığı halda Seyid Həsən sionist rejimin kabusuna çevrilir. Beləcə “Ərəbin sevimlisi” adını alır...

Vilayet.info