Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2016

İSLAM BAXIMINDAN CƏHALƏT

Cəhalət bazarının rövnəqlənməsinin səbəblərindən biri dinin oyuna çevrilməsidir.
İmam Sadiq (ə) buyurur: «Cəhl və nadanlığın bünövrəsi qədim dövrdən möhkəmlənmiş, bazarı rövnəq tapmış, dərin kök atmışdır». Cəhalət bazarının rövnəqlənməsinin səbəblərindən biri dinin oyuna çevrilməsidir. Hətta öz elmini Allaha yaxınlaşmaq üçün vasitə edənlərin də niyyəti ilahi olmamışdır. Həzrət (ə) bu insanları «ədalətsiz» adlandırır.
Deyilənlərin aydınlaşması üçün bəzi nöqtələrə diqqət etməliyik. İmam (ə) «qədimdən cəhalətin bünövrəsi möhkəmlənmiş» buyurarkən nəyi nəzərdə tutur? Əgər cəhalət təbii hadisələrin məfhumunu bilməməkdirsə bunun dinlə nə əlaqəsi var? Hər bir millət ətraf aləmi öyrənmək üçün zəhmət çəkmiş, elm oxumuş, təcrübələr aparmış və bununla da