Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2016

Təqva nədir?

Təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir
Qurani-kərimdə çox təsadüf olunan sözlərdən biri də, «təqva»dır. Allah-təala öz bəndələrini təqvalı olmağa çağırır.
«Təqva» sözü lüğətdə özünü qorumaq, çəkinmək mənasını daşıyır. Başqa sözlə təqva, insanı nəfs istəklərindən çəkindirə biləcək daxili bir qüvvədir. Həzrət Əli (ə) buyurur: «Bilin ey Allah bəndələri, təqva möhkəm və keçilməz bir qaladır».

Bəziləri təqvanı tikanlıqdan keçərkən ətəyini yığıb, çox ehtiyatla addımlarını atan insanın qorunmasına oxşadırlar. «Təqva kiçik və böyük günahlardan uzaqlıqdır», deyənlər də olub. Kiçik günahlara tez-tez yol verən insanlara «dağlar da kiçik daşlardan düzəlir» deyə, təqvaya çağırışlar olur. İmam Əli (ə) buyurmuşdur: «Təqva bütün bağlı qap