Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2016

Özündən xəbərsizlik

İnsanın islah olunması üçün lazım olan ən başlıca şərt öz eyb və nöqsanlarına diqqət yetirməsidir.
İnsanın ən böyük əxlaqi çatışmazlıqlarından biri də öz eyb və nöqsanlarından xəbərsiz olmasıdır. Onun yolunu azmasına bir çox hallarda cəhalət və nadanlıq səbəb olur. Belə ki, qəflət və özündən xəbərsizlik nəticəsində, qəlbdə özünə yer edən xoşagəlməz sifət və xüsusiyyətlər insanın bədbəxtçiliyinə gətirib çıxarır. İnsan cəhalətin əsirinə çevrildikdə vücudundakı fəzilət ruhu məhv olub aradan gedir. Onun ruhu şəhvət və nəfsani istəklərinin tabeliyinə keçərək səadət və xoşbəxtlik sevincindən azacıq da olsun, bəhrələnə bilmir. Bunun nəticəsində də xoşbəxt həyat uğrunda görülən bütün səy və cəhdlər nəticəsiz qalır.
İnsanın islah olunması üçün lazım olan ən başlıca şərt öz eyb və nöqsanlarına diqqət yetirməsidir. Çünki, yalnız onların nədən ibarət olduğundan agah olduqdan sonra insan onu günah və mə`nəviyyatsızlığa sürükləyən ünsürlərdən qoruya bilər. Ruhun tərbiyəsi üçün nəfsani xüsusiyyətləri araşdırmaq olduqca böyük əhəmiyyət kəsb edir. Bundan başqa bir yolla insanın əxlaqi və mə`nəvi təkamülə çatması qeyri-mümkündür. Şəxsiyyət barədə aparılan araşdırmalar nəticəsində insan özünün zəif və güclü xüsusiyyətlərindən agah olub, bir çox xoşagəlməz xislət və xüsusiyyətlərdən yaxa qurtarmağa nail ola bilər.
Əgər e`tinasızlıq və səhlənkarlıq üzündən əməl aynasında özümüzə nəzər salmırıqsa böyük səhvə yol vermiş oluruq. Şüurlu bir varlıq kimi hər şeydən əvvəl biz insanların üzərinə düşən ən başlıca vəzifə, ruh və mə`nəviyyatımıza diqqət yetirib çatışmazlıqlarımızın nədən ibarət olduğunu bilmək və onları aradan qaldırmaq üçün daxili xüsusiyyətlərimizə nəzər salmaqdır. Səy və çalışqanlığımızla mənfi ünsürləri vücudumuzdan qoparıb atan və onların qoyduğu mənfi tə`sirləri ictimai mühitə açıqlayan və ya əksinə olaraq daha geniş vüs`ət almasına səbəb olan da elə biz insanlarıq. Şübhəsiz ki, mə`nəvi saflaşma asan iş deyildir. Bunun üçün uzun müddət bir çox çətinliklərə dözməli və müqaviməti əldən verməmək lazımdır. Ziyanverici adət və vərdişlərə son qoymaq və onları gözəl xüsusiyyətlərlə əvəz etmək üçün eyb və çatışmamazlıqları müəyyən etdikdən sonra insana güclü iradə hakim olmalıdır. Rəftar və davranışlarımıza nə qədər çox nəzarət edəriksə şüur və tərzi-təfəkkürümüz də bir o qədər sağlam və münəzzəm olar. Bu yolda atılan hər bir addım isə müsbət nəticə verir və bütün bunları hər şey başa çatdıqdan sonra müşahidə etmək olur.
Məşhur professor Karl deyir:
"Həyatın mə`na və məfhum kəsb etməsinə səbəb olan ən təsirli üsul hər gün səhər çağı görüləcək işlər barədə düşünüb-daşınmaq və gün başa çatdıqdan sonra görülən işlərin verdiyi nəticələri arayıb-araşdırmaqdır. "
Nə zaman işə başlayıb, nə zaman qurtaracağımızı, habelə kimlərlə görüşəcək, haralarda olacaq və nə yeyib-içəcəyimizi əvvəlcədən planlaşdırdığımız kimi, başqaları ilə ünsiyyətdə olmazdan əvvəl onlara necə kömək edəcəyimiz, günah və pisliklərdən necə uzaq olacağımız barədə də düşünüb-daşınmalıyıq. Hər bir insan gündəlik fəaliyyətə başlamazdan əvvəl əl-üzünü yuduğu kimi, əxlaq və mə`nəviyyat da yuyularaq saflaşdırılmalıdır. Bir çoxları yatmazdan əvvəl və ya sonra müxtəlif fiziki hərəkətlər edirlər. Yaxşı