Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

Həzrət Əbəlfəzə (ə) necə təvəssül edək?

“Mən qarşıya çıxan müşküllərdə həzrət Əbəlfəzin (ə) anası Ümmul-Bəninə 100 dəfə salavat göndərirəm”
Hacətlər qapısı Həzrət Əbəlfəzə (ə) təvəssül etməyin bir neçə sınaqdan çıxmış yolları vardır. Onlardan bir neçəsini sizə təqdim edirik:

Birinci yol
Hacəti olan şəxs məğrib və işa namazlarının arasında iki rəkət hacət namazı qılsın. Elə həmin gecə həzrət Əbəlfəzə (ə) aid olan aşağıda yazacağımız xətmi başlasın və vaxtı dəyişmədən onu 41 gecə yerinə yetirsin. Lakin sonuncu gecənin (41 gecənin) xətmini saxlasın, hacəti rəva olduqdan sonra oxusun. Xətm belədir:
“Ya mən yucibul-muztərrə iza dəahu və yəkşifus-su. Ya Rəbb, ya Rəbb, ya Rəbb. Ya Əbbasəbnə Əliyyibni Əbi Talib, əl-əman, əl-əman, əl-əman, ədrikni, ədrikni, ədrikni”.
“Əl-əman” və “ədrikni” sözlərini nəfəs çatana qədər təkrar etmək lazımdır.
Bu xətmi yerinə yetirsə, inşallah məqsədinə çatar.

İkinci yol
Həzrət Əbəlfəzə (ə) təvəssül etməyin digər bir yolu o həzrəti ziyarət etməkdir. Seyyid ibn Tavusun “Misbahuz-zairin” kitabında gətirdiyi rəvayətə görə sözü gedən ziyarətin ədəblərindən biri də budur ki, iki rəkət ziyarət namazı qılsın və sonra həzrət Əbəlfəzin (ə) ziyarətnaməsini oxusun.
Qeyd edək ki, bu ziyarətnamə “Məfatehul-cinan” kitabından mövcuddur.

Üçüncü yol
Təcrübə olunmuş xətmlərdən biri də budur ki, böyük hacəti və borcu olan şəxs cümə gecəsi (cümə gününə keçən gecə) qüsl etsin (sonrakı gecələr qüsl etməsi lazım deyil), birinci gecə (yəni cümə gününə keçən gecə) və sonrakı gecələr tərtiblə hər gecə aşağıdaki zikrləri min dəfə oxusun:

Cümə gecəsi: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.
Şənbə gecəsi: Əllahummə səlli əla Əmirilmominin.
Bazar gününün gecəsi: Əllahummə səlli əla Fətimə.
Bazar ertəsinin gecəsi: Əllahummə səlli ələl-Həsən.
Çərşənbə axşamının gecəsi: Əllahummə səlli ələl-Huseyn.
Çərşənbənin gecəsi: Əllahummə səlli əla Əliyyibnil-Huseyn.
Cümə axşamının gecəsi: Əllahummə səlli əla Muhəmmədibni Əli.
İkinci cümə gecəsi: Əllahummə səlli əla Cəfəribni Muhəmməd.
Şənbə gecəsi: Əllahummə səlli əla Musəbni Cəfər.
Bazar gününün gecəsi: Əllahummə səlli əla Əliyyibni Musa.
Bazar ertəsinin axşamı: Əllahummə səlli əla Muhəmmədibni Əli.
Çərşənbə axşamının gecəsi: Əllahummə səlli əla Əliyyibni Muhəmməd.
Çərşənbənin gecəsi: Əllahummə səlli ələl-Həsənibni Əli.
Cümə axşamının gecəsi: Əllahummə səlli ələl-Hoccətibnil-Həsən.
Üçüncü cümənin gecəsi: Əllahummə səlli ələl-Əbbasiş-şəhid.
Bu tərtiblə iki həftə çəkəcək.

Dördüncü yol
Əbbas adı əbcəd hərflərinə uyğun olaraq 133 alınır. Təcrübə olunmuşdur ki, əgər bir kəs hacətinin yerinə yetməsi və çətinliklərinin aradan qalxması üçün cümə günü namazdan sonra ümidlə 133 dəfə:
“Ya Kaşifəl-kərbi ən vəchil-Huseyn. İkşif li kərbi bihəqqi əxikəl-Huseyn əleyhis-səlam”-desə, inşallah hacəti yerinə yetər və çətinlikləri aradan qalxar.

Beşinci yol
Sınaqdan çıxmış digər təsirli bir təvəssül yolu həzrət Əbəlfəzin (ə) anası Ümmül-Bənin üçün (s.ə) nəzir etmək və Əbəlfəzin (ə) adından yoxsullara təam verməkdir.

Altıncı yol
Ayətullah əl-üzma Seyid Mahmud Hüseyni Şahrudidən (rh) nəql olunub: “Mən qarşıya çıxan müşküllərdə həzrət Əbəlfəzin (ə) anası Ümmul-Bəninə 100 dəfə salavat göndərirəm”.

Yeddinci yol
Digər sınaqdan çıxmış yol belədir:
Mütləq qürbət niyyəti ilə iki rəkət hacət namazı qılırsan və 1400 salavat oxuyuraq 14 məsuma (ə) hədiyyə edirsən. Sonra 100 salavat da oxuyub Ali-Muhəmməd və vilayət qapısı olan həzrət Əbəlfəzə (ə) hədiyyə edirsən və hacətini istəyirsən. İnşallah, hacətin rəva olar.

Səkkizinci yol
Ayətullah əl-üzma Seyid Məhəmməd Rza Gülpayaqaninin (rh) kitabxanasında bir əlyazma nüsxə vardır. Orada həzrət Əbəlfəzə (ə) təvəssül haqqında aşağıdakı xətm yazılmışdır:
Cümə gecəsi (cümə gününə keçən gecə), yaxud da bazar ertəsi gecəsi sübh namazından qabaq aşağıdakı xətmi başlamaq və sübh namazı vaxtına qədər qurtarmaq lazımdır. Bu zikri 12 gün və hər gün də 133 dəfə oxumaq lazımdır:
Ey mahi-Bəni Haşim, xorşid liqa Əbbas
Ey nuri-dili-Heydər, şəmi-şühəda Əbbas
Əz dərd -o- qəmi-əyyam, ma ru be to avordim
Dəsti məni-miskin gir, əz bəhri-Xuda Əbbas

Doqquzuncu yol
Çərşənbə gecəsi (çərşənbə gününə keçən gecə) iki rəkət namaz qıl və sonra 133 dəfə de:
“Ya kaşifəl-kərbi ən vəchil-Huseyn əleyhis-səlam, ikşif kərbi bihəqqi əxikəl-Huseyn əleyhis-səlam”.
Sonra yeddi çərşənbə gecəsi yüz dəfə de:
Ey mahi-Bəni Haşim, xorşid liqa Əbbas
Ey nuri-dili-Heydər, şəmi-şühəda Əbbas
Əz mohnət -o- dərd -o- ğəm, ma ru be to avordim
Dəsti məni-bikəs gir, əz bəhri-Xuda Əbbas

Onuncu yol
Böyük alim Ayətullah Məhəmməd Baqir Bircəndi (rh) “Kibriti-əhmər” kitabında yazır: “Ətəbati-aliyat (İraqda yerləşən müqəddəs ziyarətgahlar) səfərimdə yuxuda gördüm ki, əgər bir kəs desə: “Əbdullah Əbəlfəzl dəxiluk”- onun hacəti yerinə yetər. Ondan sonra həqir dəfələrlə buna əməl etdim, böyük və mühüm hacətlərim rəva oldu”.


Qaynaq: Tebyan
Hazırladı: Seyid Zahir


2256 بازدید
در حال ارسال اطلاعات...