Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2016

Həzrət Əbəlfəzə (ə) necə təvəssül edək?

“Mən qarşıya çıxan müşküllərdə həzrət Əbəlfəzin (ə) anası Ümmul-Bəninə 100 dəfə salavat göndərirəm”
Hacətlər qapısı Həzrət Əbəlfəzə (ə) təvəssül etməyin bir neçə sınaqdan çıxmış yolları vardır. Onlardan bir neçəsini sizə təqdim edirik:

Birinci yol
Hacəti olan şəxs məğrib və işa namazlarının arasında iki rəkət hacət namazı qılsın. Elə həmin gecə həzrət Əbəlfəzə (ə) aid olan aşağıda yazacağımız xətmi başlasın və vaxtı dəyişmədən onu 41 gecə yerinə yetirsin. Lakin sonuncu gecənin (41 gecənin) xətmini saxlasın, hacəti rəva olduqdan sonra oxusun. Xətm belədir:
“Ya mən yucibul-muztərrə iza dəahu və yəkşifus-su. Ya Rəbb, ya Rəbb, ya Rəbb. Ya Əbbasəbnə Əliyyibni Əbi Talib, əl-əman, əl-əman, əl-əman, ədrikni, ədrikni, ədrikni”.
“Əl-əman” və “ədrikni” sözlərini nəfəs çatana qədər təkrar etmək lazımdır.
Bu xətmi yerinə yetirsə, inşallah məqsədinə çatar.

İkinci yol
Həzrət Əbəlfəzə (ə) təvəssül etməyin digər bir yolu o həzrəti ziyarət etməkdir. Seyyid ibn Tavusun “Misbahuz-zairin” kitabında gətirdiyi rəvayətə görə sözü gedən ziyarətin ədəblərindən biri də budur ki, iki rəkət ziyarət namazı qılsın və sonra həzrət Əbəlfəzin (ə) ziyarətnaməsini oxusun.
Qeyd edək ki, bu ziyarətnamə “Məfatehul-cinan” kitabından mövcuddur.

Üçüncü yol
Təcrübə olunmuş xətmlərdən biri də budur ki, böyük hacəti və borcu olan şəxs cümə gecəsi (cümə gününə keçən gecə) qüsl etsin (sonrakı gecələr qüsl etməsi lazım deyil), birinci gecə (yəni cümə gününə keçən gecə) və sonrakı gecələr tərtiblə hər gecə aşağıdaki zikrləri min dəfə oxusun:

Cümə gecəsi: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.
Şənbə gecəsi: Əllahummə səlli əla Əmirilmominin.
Bazar gününün gecəsi: Əllahummə səlli əla Fətimə.
Bazar ertəsinin gecəsi: Əllahummə səlli ələl-Həsən.
Çərşənbə axşamının gecəsi: Əllahummə səlli ələl-Huseyn.
Çərşənbənin gecəsi: Əllahummə səlli əla Əliyyibnil-Huseyn.
Cümə axşamının gecəsi: Əllahummə səlli əla Muhəmmədibni Əli.
İkinci cümə gecəsi: Əllahummə səlli əla Cəfəribni Muhəmməd.
Şənbə gecəsi: Əllahummə səlli əla Musəbni Cəfər.
Bazar gününün gecəsi: Əllahummə səlli əla Əliyyibni Musa.
Bazar ertəsinin axşamı: Əllahummə səlli əla Muhəmmədibni Əli.
Çərşənbə axşamının gecəsi: Əllahummə səlli əla Əliyyibni Muhəmməd.
Çərşənbənin gecəsi: Əllahummə səlli ələl-Həsənibni Əli.
Cümə axşamının gecəsi: Əllahummə səlli ələl-Hoccətibnil-Həsən.
Üçüncü cümənin gecəsi: Əllahummə səlli ələl-Əbbasiş-şəhid.
Bu tərtiblə iki həftə çəkəcək.

Dördüncü yol
Əbbas adı əbcəd hərflərinə uyğun olaraq 133 alınır. Təcrübə olunmuşdur ki, əgər bir kəs hacətinin yerinə yetməsi və çətinliklərinin aradan qalxması üçün cümə günü namazdan sonra ümidlə 133 dəfə:
“Ya Kaşifəl-kərbi ən vəchil-Huseyn. İkşif li kərbi bihəqqi əxikəl-Huseyn əleyhis-səlam”-desə, inşallah hacəti yerinə yetər və çətinlikləri aradan qalxar.

Beşinci yol
Sınaqdan çıxmış digər təsirli bir təvəssül yolu həzrət Əbəlfəzin (ə) anası Ümmül-Bənin üçün (s.ə) nəzir etmək və Əbəlfəzin (ə) adından yoxsullara təam verməkdir.

Altıncı yol